ABŞ dəniz piyadalarını Fars körfəzinə GÖNDƏRİR
Pentaqon dəniz piyadalarını İran tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün Fars körfəzindən keçən ticarət gəmilərinə yerləşdirməyə hazırdır.
kKONKRET.azxəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Pentaqon əməliyyatlarda artıq bölgədə yerləşdirilmiş bölmələrdən istifadə etməyə hazırdır.
Belə ki, gəmi sahiblərinə müdafiə təklif edərkən amerikalılar bir sıra amilləri, gəminin hansı ölkənin bayrağı altında üzdüyünü, sahibinin milliyyətini, ekipajın tərkibini və yükün xarakterini nəzərə alacaqlar.
Qeyd edək ki, İran gəmiləri dəfələrlə Fars körfəzindəki ticarət gəmilərinə, o cümlədən neft tankerlərinə hücum edib.
Nəşr yazır ki, Dünyada satılan neftin təxminən beşdə biri körfəz vasitəsilə nəql olunur. Buna görə də Amerika hərbi komandanlığı bu sıx ticarət yolunda təhlükəsizliyi təmin etmək istəyir.
Xatırladaq ki, Birləşmiş Ştatlar daha əvvəl bölgəyə əlavə qüvvələr göndərib. Xüsusən də keçən ay "F–35" qırıcıları və Hərbi Dəniz Qüvvələrinin esmineslərini göndərmək niyyətində olduğunu açıqlayıb.
Məlumata görə, Pentaqon və Ağ Ev məlumatı şərh etməyib. İranın BMT-dəki missiyası isə sorğuya cavab verməyib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi