ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana gələcək
ABŞ Dövlət Departamentinin nümayəndəsi, Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker 6-13-iyunda Gürcüstana, Azərbaycana və Ermənistana səfər edəcək.
Azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
Qeyd edilir ki, o, Tbilisidə, Bakıda və Yerevanda olacaq. "Riker Gürcüstanın hökumət nümayəndələri, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək", - deyə ABŞ Dövlət Departamentindən bildirilir. O, xüsusən Rusiya-Gürcüstan münasibətlərini müzakirə edəcək.
Analoji görüşlər Azərbaycan və Ermənistanda da keçiriləcək. Diplomat iki ölkənin münasibətləri ilə bağlı müzakirələr aparacaq.
ABŞ rəsmisi Azərbaycanda dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri, iş adamları ilə görüşlər keçirməyi planlaşdırır.
Dövlət Departamentindən bildirilib ki, səfərin məqsədi prioritet təşkil edən ikitərəfli, regional məsələlərin inkişafı, regionda demokratik və iqtisadi inkişafa dəstək verməkdir.

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir