ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng etdi

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng etdiMayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.
azxeber.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında ABŞ dövlət katibi Antoni Blinken ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O, həmçinin bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli müzakirələrin aparıldığını qeyd edib.
ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.
Eyni zamanda, tərəflər Ermənistan ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar.
Telefon danışığı zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olunub.
Söhbət əsnasında ölkələrimiz arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib.

Siyasi     Baxılıb: 225   Tarix: 12 may 2022
f Paylaş

Oxşar xəbərlər

Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan

Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərdə Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı nəzərdə tutulduğu üçün Ermənistan hökuməti Azərbaycanla sülh sazişi bağlanmamışdan əvvə

Paşinyan "Zəngəzur dəhlizi" ifadəsinə münasibət bildirdi

"Obyektiv reallıq da var, subyektiv təsəvvürlər də. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığın

Savaş bitməyəcək, çünki Putinlə Zelenski... 

Ağ Ev rəhbəri etiraf edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək əvvəllər düşünüldüyü qədər sadə və tez deyil. xəbər verir ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsini te

Mirzoyan: "Delimitasiya və demarkasiya ilə bağlı yeni xəbərlər ola bilər"

"Azərbaycanla yolların açılması, o cümlədən delimitasiya və demarkasiya məsələləri üzərində işləyirik və bu istiqamətdə yeni xəbərlər ola bilər". xəbər verir ki, xəbər verir ki, bunu ölkənin xarici işlər nazir

Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan

Uzun müddətdir Azərbaycanla müzakirə olunan sənədlə tanış olmuşuq və Ermənistan tərəfinin Azərbaycana təklif etdiyi məqamları hissə-hissə görmüşük. teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentindəki müxali

Ermənilərin İranda konserti gerçəkləri gün üzünə çıxardı

Ötən şənbə günü İranda Ermənistan milli filarmoniya orkestrinin konserti baş tutub. Orkestrin 100 illiyinə həsr olunmuş konsert İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərinin yaxınlığında yerləşən və qədim Əhəməni, yaxu

İlham Əliyevin Qazaxıstana səfəri hazırlanır - Tokayev

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfərinin hazırlandığını bildirib. report-a istinadən xəbər verir ki, bunu Tokayev Qazaxıstan xalqına müraciəti zamanı deyib. "İli

Azərbaycan və Fransa arasında münasibətlər... - Leyla Abdullayeva AÇIQLADI

Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasına ümid edir. xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yerli KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu gün Fransad

"Yalvarıram, Rusiya və Belarusa getməyin" — Sikorski 

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib. Qaynarinfo-ya istinadən xəbər verir ki, "Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlə


yeni xeberler son xeberler azerbaycan xeberleri bugunun xeberleri valyuta mezennesi banklar metbuat xeberleri krimnal xeber