ABŞ dövlət katibinin köməkçisi Azərbaycana SƏFƏR EDƏCƏK
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu il iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb.
"Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək", – məlumatda deyilir.
Qeyd edilir ki, Donfrid səfəri çərçivəsində ABŞ-ın region ölkələrinin suverenliyi və müstəqilliyinə dəstəyini açıqlayacaq.
ABŞ Dövlət Departamenti Vaşinqtonun Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək etməyə, o cümlədən regionda siyasi, iqtisadi və şəxsiyyətlərarası əlaqələrin inkişafına dəstək verməyə hazır olduğunu vurğulayıb.
Səfər zamanı dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinə yönəlmiş diplomatik səylərinə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə görə Azərbaycana təşəkkür edəcək.
Roman Göytürk,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?