ABŞ "F-35"lərin tədarükünü DAYANDIRDI
ABŞ-ın "Lockheed Martin" korporasiyası bu ay Texasda uçuş-enmə zolağında "F-35B" qəzasının səbəblərini araşdırarkən bu qırıcıların qəbul sınaqlarını və tədarükünü dayandırıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin sözçüsü Laura Sibert jurnalistlərə bildirib.
Onun sözlərinə görə, korporasiya bu il müqavilələrdə nəzərdə tutulan 148 ədəd "F-35″dən az tədarük edib.
"Dekabrın 15-də "F-35B" qəzasından əvvəl biz çatdırılma üzrə öhdəliklərimizi yerinə yetirirdik. Lakin tədarüklərdəki fasiləni nəzərə alaraq, bu il 141 qırıcı təhvil verdik", – o deyib.
Qeyd olunub ki, "Lockheed Martin" Texasdakı qərargahında yeni döyüş təyyarələri istehsal etməyə davam edir. Beləliklə, doqquz yeni qırıcı qəbul testlərini gözləyir.
Məlumata görə, korporasiya bu il dünya üzrə 894 ədəd "F-35" tədarük edib. Son müqaviləyə əsasən qırıcı təyyarələri alacaq ölkələr sırasına Avstraliya, Böyük Britaniya, Danimarka, İsrail, İtaliya, Hollandiya, Norveç və Yaponiya daxildir.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO