ABŞ Hərbi Hava Qüvvələri uçuşları DAYANDIRDI - SƏBƏB
ABŞ ordusu bir neçə həftə ərzində dörd helikopterin qəzaya uğramasından sonra bütün ekipaj üzvləri lazımi təlim alana qədər kritik olmayan hava qüvvələrinin uçuşlarını dayandırır.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil deyib.
Qeyd olunub ki, general 12 hərbçinin həyatına son qoyan iki helikopter qəzasından sonra uçuşların dayandırılması barədə göstəriş verib.
"Bu əmrə uyğun olaraq, kritik missiyalarda iştirak edənlər istisna olmaqla, bütün heyət üzvləri lazımi təlimlər başa çatana qədər uçuşlarını dayandırır. Biz pilotlarımızın və digər uçuş heyəti üzvlərinin onlara verilən tapşırıqları təhlükəsiz şəkildə yerinə yetirmələri üçün protokollara diqqət yetirəcəyik", – deyə general vurğulayıb.
Qeyd edək ki, ABŞ ordusunun pilotlarına mayın 1-dən 5-dək uçuşları 24 saat müddətinə dayandırmaq əmri verilib. Bu müddət ərzində onlar lazımi təlimlərdən keçməlidirlər. Təlim zamanı aşkar olunan problemlərin aradan qaldırılması üçün tədbirlər görüldükdən sonra onlar uçuşları bərpa edəcəklər.
Xatırladaq ki, aprelin 28-də ABŞ-a məxsus iki AH–64 "Apache" helikopteri təlim uçuşundan qayıdarkən Alyaskada qəzaya uğrayıb.
Hadisə nəticəsində üç hərbçi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib. Bir ay əvvəl isə Kentukki ştatında ABŞ Silahlı Qüvvələrinin 101-ci Hava Desant Diviziyasına məxsus iki "Black Hawk" helikopterinin toqquşması nəticəsində 9 hərbçi həlak olub.
Pentaqon bu qəzaları araşdırır.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı