Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO
Erməni politoloq Ara Poqosyan 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında yaranmış gərgin vəziyyətlə bağlı paylaşım edib.
KONKRET.azglobalinfo.az-a istinadən xəbər verir ki, o, 1992-ci ildə Şuşanın işğalından sonra Türkiyənin Ermənistanla bağlı mövqeyinin sərtləşdiyini iddia edib.
Poqosyanın sözlərinə görə, həmin dövrdə Türkiyənin Baş naziri Süleyman Dəmirəl və Prezident Turqut Özal Ermənistan tərəfindən mümkün yeni hücum olacağı təqdirdə ölkənin proseslərə müdaxilə edə biləcəyi barədə mövqe sərgiləyiblər.
Politoloq bildirib ki, həmin günlərdə Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və Türkiyə Silahlı Qüvvələrinin 3-cü Səhra Korpusu Ermənistan–Türkiyə sərhədində yerləşdirilib. Onun iddiasına görə, bu vəziyyət Ermənistana qarşı ikinci cəbhənin açılması ehtimalını gündəmə gətirib.
Poqosyan NATO-nun 5-ci maddəsinə toxunub. O bildirib ki, ABŞ Türkiyəyə xəbərdarlıq edərək, Ankaranın Ermənistana hücum edəcəyi və Rusiyanın buna cavab verəcəyi halda NATO Türkiyəni müdafiə etməyə bilər.
Politoloq yazıb ki, Rusiyada da Türkiyə ordusunun Ermənistan sərhədində aktivləşməsi ilə bağlı narahatlıq yaranıb. Onun sözlərinə görə, Rusiya Dövlət Dumasında məsələ ilə bağlı xüsusi dinləmələr keçirilib:
Aviasiya marşalı Yevgeni Şapoşnikov
"Şapoşnikov 20 may 1992-ci ildə İrəvana gedərək Türkiyəyə xəbərdarlıq edib. O, mətbuat konfransında Qarabağ münaqişəsinə üçüncü tərəfin müdaxiləsinin daha genişmiqyaslı müharibəyə səbəb ola biləcəyini deyib.
Şapoşnikovun açıqlamaları 20-21 may 1992-ci ildə "Reuters", "Associated Press" və "AFP" kimi beynəlxalq xəbər agentlikləri tərəfindən də yayımlanıb".
Poqosyan iddia edir ki, yaranmış beynəlxalq siyasi vəziyyət Türkiyənin Ermənistana hərbi müdaxilə əvəzinə iqtisadi təzyiq siyasətinə üstünlük verməsinə və sərhədin bağlanmasına səbəb olub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Prezident polşalı həmkarına məktub göndərdi
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
İllik 26 milyon avro maaşdan imtina edir
Arsen Venger FIFA prezidenti ola bilər
Türkiyə Ermənistanla sərhədi açır?
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın
Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
İzmirdə fabrikdə güclü partlayış: ölənlər var
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir