Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdıErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
KONKRET.az-ın xəbərinə görə, o qeyd edib ki, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya olunmalıdır.
Paşinyanın sözlərinə görə, dünyada baş verən hadisələr fonunda uzunmüddətli sülhün təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
"Bir daha deyirəm: mən sülhün alternativini görmürəm. Hazırda bunu dünən Milli Assambleyada aparılan müzakirələr kontekstində deyirəm. Sülhün möhkəmləndirilməsi və institusional reallığa çevrilməsi Ermənistan Respublikasının baş naziri kimi mənim birinci, ikinci və üçüncü dərəcəli vəzifəmdir. Bu yolda ardıcıl və qətiyyətlə irəliləyəcəyəm. Sülh dönməz və institusional olmalıdır", – deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri vurğulayıb ki, beynəlxalq aləmdə baş verənlər dünya nizamının, əslində, dağıldığını göstərir.
Onun sözlərinə görə, belə bir dövrdə Azərbaycanla sülhün əldə olunması mühüm nailiyyətdir.
"Xoşbəxtlikdən bu dövrdə sülhə nail ola bildik. Ancaq bizim vəzifəmiz iki illik sülhü 20 ilə, bir illik sülhü 200 ilə, 200 illik sülhü isə 400 ilə və daha uzun müddətə çevirməkdir", – deyə Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 29 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı

MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyini

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Köçəryan Trampa qarşı: Nə baş verir?

Ermənistan parlamentindəki müxalifətçi "Ermənistan" blokunun fraksiyası ABŞ-la TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına qarşı səs verəcək. KONKRET.azxəbər verir ki, b

Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində Silahsızlanma Mexanizmi üzrə tematik müzakirə zamanı Azərbaycanın bəyanatında atom enerjisinə nəzarət, eləcə də nüvə silahlarını

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədlə görüşüb. Bu barədə -a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək

Azərbaycan və Avstriya xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu 2026-cı ilin noyabrında Bakıda keçiriləcək. xəbər verir ki, bunu azərbaycanlı diplomat Nərgiz Qurbanova Avstriyanı

İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək

İsrail 27 oktyabra təyin olunmuş parlament seçkilərindən əvvəl İrana hücum etməyi planlaşdırmır. KONKRET.azxəbər verir ki, bBu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib. Katz X-də yazıb: "Birmənalı şəkild


azerbaycan xeberleri yeni xeberler son xeberler ensonxeberler cəbhədən video xəbərlər.com bugunun xeberleri