"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 
O bildirib ki, Prezident İlham Əliyev isə sıx iş qrafiki ilə əlaqədar zirvə görüşündə iştirak etməyəcək:
"TDT-nin Ankarada keçirilən Zirvə toplantısında Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Prezident İlham Əliyev isə sıx iş qrafiki ilə əlaqədar zirvə görüşündə iştirak etməyəcək. Əslində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycanda keçirilən bir sıra mühüm tədbirlərdə şəxsən iştirak etməməsi ilə bağlı təcrübə mövcuddur. Məsələn, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının  dövlət başçıların qeyri-rəsmi Zirvə görüşündə  Türkiyə Respublikasını vitse-prezident Cövdət Yılmaz təmsil etmişdi. Həmin vaxt Prezident Ərdoğan Almaniyada Avropa çempionatının dörddəbir finalı çərçivəsində keçirlən Türkiyə-Niderland  futbol matçında iştirak etdiyi üçün Şuşada Zirvə görüşünə qatıla bilməmişdi.  Eyni zamanda, Bakıda keçirilən AQEM Zirvə görüşündə də  Türkiyə Respublikasını xarici işlər naziri Hakan Fidan təmsil etmişdi".
Parlamentari qeyd edib ki, diplomatiyada bu cür hallar normaldır:
"Prezident İlham Əliyev Bakıda İlk dəfə keçirilən  FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarının mükafatlandırma mərasimində iştirak edəcək. Diplomatiyada bu cür hallar normaldır. Dövlət başçılarının beynəlxalq tədbirlərdə iştirakı onların iş qrafikindən, gündəlik prioritetlərindən və digər amillərdən asılı ola bilər. Burada əsas məqam tərəflərin bu kimi məsələlərə anlayışla yanaşması və diplomatik münasibətlərdə qarşılıqlılıq prinsipini nəzərə almasıdır. Bir dövlət başçısının hər hansı tədbirdə iştirak etməməsi ikitərəfli münasibətlərdə problem kimi təqdim olunmamalıdır. Bu baxımdan, Ankarada keçiriləcək TDT Zirvə toplantısında Azərbaycanı Ceyhun Bayramov yüksək səviyyədə təmsil edəcək. O, ölkəmizin mövqeyini ifadə etməklə yanaşı, təşkilatın sədrlik missiyasının Türkiyəyə ötürülməsi prosesində də iştirak edəcək".
Şahanə Ziyad

Siyasi       Tarix: 30 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı maraqlı bəyanatla çıxış edərək, Azərbaycanla hələ sülh müqaviləsi imzalanmamışdan əvvəl "TRIPP" layihəsinin reallaşdırıla biləcəyin

Ərdoğanın jestinə Bakının sükutu – Əliyev Ankaraya gedir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib ki, "İnanıram ki, türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq"

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar qurban bayrami 2026 xəbər