"ABŞ-ın başı qarışıb, Ukrayna tək qalıb" - Müharibə ilə bağlı İLGİNC TƏFƏRRÜAT

"ABŞ-İsrail və İran arasında baş verən hərbi qarşıdurma birbaşa olmasa da, Rusiya–Ukrayna müharibəsinin gedişatına dolayı təsirlər göstərir. Məlumdur ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri Ukraynanın əsas dəstəkçilərindən biri ABŞ olub. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra bu siyasətdə müəyyən dəyişikliklər müşahidə olunmağa başladı. ABŞ daha çox öz milli maraqlarını ön plana çəkərək Ukraynaya göstərilən dəstəkdə şərtlər irəli sürməyə, bəzi hallarda isə silah yardımı və digər dəstək formalarını məhdudlaşdırmağa çalışdı".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:
"Hazırkı vəziyyətdə ABŞ-ın eyni vaxtda iki böyük münaqişəni tam gücü ilə idarə etmək istəməməsi və diqqətini daha çox İranla bağlı məsələlərə yönəltməsi Ukraynaya təsirsiz ötüşmür. Bu, xüsusilə hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlər kimi strateji əhəmiyyətli silahların tədarükünün azalması ilə nəticələnə bilər. Belə bir vəziyyət Ukraynanın Rusiyanın raket və dron hücumlarına qarşı müdafiəsini zəiflədəcək".
E.Səftərov qeyd ki, bununla yanaşı, Yaxın Şərqdə gərginliyin artması qlobal enerji bazarlarına təsir göstərərək neft və qaz qiymətlərinin yüksəlməsinə səbəb olur.
"Bu isə Rusiya üçün əlavə gəlir deməkdir və müharibənin maliyyələşdirilməsini asanlaşdırır. Eyni zamanda, Ukrayna və Avropa ölkələri üçün enerji qiymətlərinin artması inflyasiyanı gücləndirir, iqtisadi çətinliklər yaradır və sosial narazılıqları artırır. Bütün proseslər qlobal siyasi və hərbi balansın dəyişməsinə gətirib çıxarır.
Bu fonda Ukrayna üzrə sülh danışıqları və diplomatik təşəbbüslər arxa plana keçir, yeni strateji yanaşmaların formalaşmasına zəmin yaranır.
Bundan əlavə, ABŞ Avropa müttəfiqlərini İran məsələsində daha aktiv mövqe tutmağa cəlb etməyə çalışsa da, vahid qərar mexanizminin olmaması bu prosesi çətinləşdirir. Bu isə ABŞ-ın diqqətinin Ukraynadan yayınmasına səbəb olur".
Ekspert vurğulayır ki, həmçinin Rusiya İran məsələsində daha ehtiyatlı və nisbətən neytral mövqe nümayiş etdirir, əsasən siyasi bəyanatlarla kifayətlənir və birbaşa müdaxilədən çəkinir.
"Bu vəziyyət müəyyən mənada ABŞ və Rusiya arasında qeyri-rəsmi balansın formalaşmasına gətirib çıxarır. Belə ki, ABŞ Ukrayna münaqişəsində daha məhdud iştirak edir, Rusiya isə İranla bağlı qarşıdurmaya birbaşa qoşulmur".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 18 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler ən son xeberler sonxeber az kriminal xeber