ABŞ-ın Suriya ilə bağlı ŞOK PLANI ORTAYA ÇIXDI: yüzlərlə əsgər hərəkətə keçdi
ABŞ Suriyanın neft bölgələrində hərbi mövcudluğunu gücləndirəcəyini açıqladıqdan sonra hərəkətə keçib.
Publika.az xəbər verir ki, "Anadolu" agentliyi ABŞ-ın Suriyanın Deyrizor bölgəsində hərbi istehkamlarını artırdığı haqda məlumat yayıb.
Yerli mənbələrin məlumatına görə, ABŞ Deyrizorun 113-cü Tuqay və Sur ərazisi yaxınlığında hərbi baza qurmağa başlayıb.
Hər iki ərazidə inşa işlərinin getdiyi deyilir. Artıq ABŞ 250-300 əsgər, zirehli və ağır texnika, o cümlədən, digər silah-sursatı əraziyə gətirib.
Qeyd edək ki, "Sülh Çeşməsi" əməliyyatı başlayandan sonra ABŞ Suriyanın şimalında hərbi varlığını nisbətən azaltmışdı. Lakin Deyrizor bölgəsində hərbi gücünü artırmağa davam edir. Oktyabrın 28-də İraqda 170 avtomobilin olduğu hərbi karvan bölgəyə gətirilib. ABŞ prezidenti Donald Tramp oktyabrın 23-də bəyan etmişdi ki, Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin ediblər və ABŞ əsgərlərinin bir qismi bu bölgədə qalacaq.
Məlumata görə, Suriyanın ən böyük neft bölgəsi olan Əl-Ömər ərazisini əsas hərbi baza kimi istifadə edən ABŞ-ın Deyirzorda da üç hərbi bazası mövcuddur. Deyirzorun qərbi Əsədin, neft yataqlarının olduğu şərq hissəsi isə PYD/YPG terrorçularının nəzarətindədir.
Asif /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib