ABŞ-ın Ukraynaya ayırdığı yardım proqramı Rusiyaya ciddi çətinlik yaradacaq – AÇIQLAMA 

ABŞ-ın Ukraynaya ayırdığı yardım proqramı Rusiyaya ciddi çətinlik yaradacaq – AÇIQLAMA Rusiya iki aydan çoxdur ki, Ukraynada işğalçı müharibə aparır. Təəssüf ki, Ukraynanın bu müharibəni davam etməyə və yadelli işğalçıları ölkəsindən qovmaq üçün kifayət qədər maddi və hərbi resursları yoxdur. Bu mənada Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yardıma ehtiyacı olduğunu dəfələrlə dilə gətirib.
Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılması haqqında qanun layihəsini təsdiqləyib. Paket Nümayəndələr Palatası tərəfindən təsdiq edildikdən sonra imza üçün Co Baydenə göndəriləcək. Sənəd Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün vəsaitin ayrılmasını nəzərdə tutur.
Bəs görəsən, bu yardım müharibənin gedişatında həlledici rol oynaya biləcəkmi? Yoxsa bu vəsait Ukraynanın borclanmasına gətirib çıxaracaq?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq İlyas Hüseynov cavablandırıb. O bildirib ki, müqavilədə müəyyən şərtlər yer alır:
"Rusiya-Ukrayna müharibəsi fonunda Qərb açıq şəkildə Ukraynaya dəstək olur. Burada anqlo-sakson siyasəti xüsusilə seçilir. Belə ki, Böyük Britaniya və eləcə də ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasının əsas tərəfdarlarıdır. Zelenski son dövrlərdə hərbi sursat çatışmazlığından şikayət edir. O, bu məsələdə Qərbi günahlandırır. İkinci Dünya Müharibəsində faşist Almaniyasına qarşı tətbiq olunan qanunun indi yeni formatda qəbul olunması və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirliməsi Rusiyaya qarşı yönəlib. Qərb bu addımları Rusiyanı məğlub etmək üçün atır. Müqavilədə müəyyən şərtlər yer alır. Bəzi ekspertlər bu yardımın icarə və kredit şərtləri olduğunu qeyd edir. Onlar yardım paketinin post-müharibə dövründə Ukraynanın iqtisadi asılılığını artırmağa yönəldiyini söyləyir. Lakin müqaviləyə görə, kreditləşmə salamat qalan texnikalara tətbiq ediləcək. Bu mənada Ukrayna texnikalardan səmərəli şəkildə istifadə etməlidir. Hazırda Ukrayna üzərində qlobal mübarizə gedir. Bu mübarizə siyasi, iqtisadi və hərbi sahədədir. Rusiya bilərək müharibəyə girdi. Lakin müharibənin uzanması Kremlin strateji planlarına daxil deyildi".
ABŞ-ın Ukraynaya ayırdığı yardım proqramı Rusiyaya ciddi çətinlik yaradacaq – AÇIQLAMA Politoloq bildirib ki, ABŞ-ın Ukraynaya ayırdığı yardım proqramı Rusiyaya çox ciddi çətinlik yaradacaq:
"Burada 40 milyard dollarlıq vəsaitdən söhbət gedir. Yardım proqramının qəbul edilməsi Rusiyanın hərbi sahədə daha çox itki verməsinə səbəb olacaq. Bəlkə də bu yardım müharibənin dönüş nöqtəsi ola bilər. Müharibənin ilin sonuna qədər davam etmə ehtimalları daha güclüdür.. Proqramın icrasında ABŞ-ın Avropadakı tərəfdaşları fəal iştirak edəcək. Ola bilsin ki, yeni dünya tarixi yazılır və Rusiya yeni tarixdə məğlub dövlət kimi qeyd olunacaq. Lakin hazırda Rusiyanın kifayət qədər resursları var və bu resurslar onu ayaqda saxlaya bilir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 12 may 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler sou biznes qurban bayrami 2026 son xeberler bu gun cəbhədən son məlumat