ABŞ İran müharibəsi dolların məzənnəsini dəyişib, bəs manatı nələr gözləyir? - VACİB AÇIQLAMA
Son günlər ABŞ və İran arasında artan gərginlik beynəlxalq maliyyə bazarlarında dalğalanmalara səbəb olub. Xüsusilə, dolların məzənnəsində müşahidə olunan dəyişikliklər bir sıra ölkələrin milli valyutalarına təsir göstərib. Maraqlıdır, ABŞ-İran gərginliyi və dolların dəyişkən məzənnəsi Azərbaycan manatına necə təsir edə bilər?
Mövzunu İqtisadçı-ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bildirir ki, bu dəyişikliklərin Azərbaycan manatına birbaşa təsiri yoxdur.
"Azərbaycan manatının məzənnəsi inzibati qaydada tənzimlənir. Yəni ölkədə məzənnə bazar şərtlərinə deyil, Mərkəzi Bank və hökumətin müəyyən etdiyi inzibati çərçivəyə əsaslanır. Bu səbəbdən dünya birjalarında baş verən valyuta dəyişiklikləri, o cümlədən dollar indeksinin enib-qalxması manata birbaşa təsir etmir".
Ekspert vurğulayıb ki, Azərbaycan manatına təsir göstərən əsas iqtisadi amil isə dünya bazarlarında neftin qiymətidir.
"ABŞ-İran gərginliyi fonunda enerji bazarında qiymət artımı müşahidə olunur. Hazırda Azərbaycan nefti 80 dollar civarında ticarət olunur ki, bu da ölkə üçün kifayət qədər komfortlu qiymət səviyyəsi hesab edilir".
Aynurə İsmayıl
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto