Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır. Ancaq görünür ki, iş qrafiklərinin dəyişdirilməsi də paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq üçün kifayət etmir.
Bəs ali təhsil müəssisələrində dərs saatlarının dəyişdirilməsi tıxacların azalmasına təsir edə bilərmi?
azxeber.com xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva mövzu ilə bağlı Oxu.Az-a danışıb.
Onun fikrincə, növbəti illərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə ali təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də dərs saatları dəyişdirilə bilər: "Ali təhsil müəssisələrində və ümumi təhsil məktəblərində iş qrafikinin və dərs saatlarının dəyişdirilməsi nəqliyyat sıxlığının azaldılması baxımından nəzərdən keçirilə biləcək məsələlərdəndir.
Təhsillə bağlı yeniliklər zəruri hesab olunarsa, onlar yalnız yeni tədris ili ərəfəsində planlaşdırılmalı, əvvəlcədən elan edilməli və bütün tərəflərin hazırlığı təmin olunmaqla həyata keçirilməlidir.
Bununla yanaşı, belə bir addımın nəqliyyat sıxlığının azaldılmasına nə dərəcədə təsir göstərə biləcəyini, əlbəttə ki, nəqliyyat sahəsinin mütəxəssisləri qiymətləndirməlidirlər".
Deputat tətbiq oluna biləcək yeni dərs saatlarını da təklif edib: "Məsələn, ibtidai siniflərdə dərslərin səhər saat 08:00-09:00 əvəzinə 10:00-11:00 aralığında başlaması və ya tam orta təhsil səviyyəsində dərs qrafikinin fərqli şəkildə təşkili mümkün variantlar kimi müzakirə oluna bilər. Bu zaman məktəblərin xüsusiyyətləri, şagirdlərin yaş qrupları, valideynlərin iş qrafiki və tədris prosesinin tələbləri nəzərə alınmalıdır. Müvafiq qaydalar çərçivəsində məktəblər pedaqoji şuraların qərarları əsasında öz imkanlarına uyğun iş rejimlərini müəyyənləşdirə bilərlər.
Ali təhsil müəssisələrində də dərs cədvəllərinin mərhələli şəkildə fərqli saatlara bölünməsi, tədrisin başlanma və bitmə vaxtlarının müəyyən qədər dəyişdirilməsi variantlarından istifadə etmək olar. Bu yanaşma nəqliyyat vasitələrinin hərəkətində yaranan pik saatlardakı sıxlığın müəyyən qədər azalmasına kömək edə bilər. Lakin təklif olunan mexanizmlərin səmərəliliyi nəqliyyat mütəxəssisləri ilə birgə araşdırılmalı, qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilməlidir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Survivor 2027'nin kapitanları onlar oldu
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab
Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi
"Barselona" rekord qırdı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı
İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı
Bakıda məktəb mühafizəçisinə hücum edildi
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto
Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı