ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

ABŞ İrana ordu yeritməyə hazırlaşır - PlanABŞ-ın İran müharibəsində qurudan müdaxilə ssenarisini ön plana çıxarmasını zəruri edən iki səbəb görünür:
KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O, qeyd edib ki, birincisi, hava zərbələrinin tədricən yekunlaşmasıdır: bu mərhələdə hədəflərə nail olunduğu İranın hərbi itkiləri fonunda aydın görünür, lakin rejimin süqutu baş verməyib və belə bir vəziyyətdə ABŞ-İsrail ya "qələbə" elanı edərək, geri çəkilməli, ya da müharibəni yeni mərhələyə keçirməlidir;
İkincisi, enerji bazarında yaranmış böhranlı vəziyyətdir: Trampın Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsi məqsədilə koalisiyanın yaradılması çağırışları nəticə vermədi, bunun fonunda İran və Qətərdəki enerji obyektlərinə zərbələrin endirilməsi bazardakı riskləri gücləndirib.
ABŞ Hörmüz boğazında təhlükəsiz keçidi təmin etməklə bazarda stabilliyi bərpa etməli və İranın enerji ixracını bloklamaqla rejimi təslim olmağa məcbur etməli, yaxud ən azından çətin vəziyyətə salmalıdır. Bunun üçün daha öncə gündəmə gələn "Hörmüz boğazına ordu yeritməli" və İranın enerji ixracının əsas mənbəyi olan Xark adasını nəzarətə götürməlidir. Söhbət İran sahillərinin və adanın ələ keçirilməsindən gedir. "Röyters" agentliyi mənbələrə istinadən müdaxilə qərarı verilməsə də, planın Trampın masasında olduğunu və minlərlə amerikalı əsgərin bölgəyə göndərilməsi üzərində müzakirələrin getdiyini yazır. Üç ssenari gündəmdədir: dəniz və hava qüvvələri ilə Hörmüz boğazında keçidi təmin etmək; İran sahillərinin ələ keçirilməsi; Xark adasını nəzarətə götürmək.
Quru müdaxiləsi qərarında hər üç ssenarinin eyni vaxtda reallaşdırılması ehtimalı böyükdür. Çünki İranın sahil zolağına nəzarət etmədən Hörmüzdən tam təhlükəsiz keçidi təmin etmək çətindir, bununla yanaşı, mövcud vəziyyətdə rejimə vurula biləcək ən böyük zərbə Xark adasına nəzarət etmək, neft ixracını dayandırmaqdır. Hava zərbələri mərhələsindən sonra ABŞ və İsrailin İran müharibəsində mümkün yeni addımı bu ola bilər.

Siyasi       Tarix: 20 mart 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bugünki xəbərlər hava proqnozu