ABŞ İranın nüvə stansiyalarını vurmaq üçün bombardmançılarını göndərib - İDDİA
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Yaxın Şərqə B-52H tipli strateji bombardman təyyarələri göndərdiyini açıqlamışdı. Təyyarələrin hansı ölkədə xidmət göstərəcəyinə dair isə detallar bildirilməmişdi.
Publika.az xəbər verir ki, bu açıqlamanın Prezident Donald Trampın İranın nüvə stansiyalarını vurmaq istədiyi, lakin səlahiyyətli şəxslər tərəfindən ciddi nəticələr doğuracağı xəbərdarlıqları səbəbilə bu qərardan vaz keçdiyi iddiasından dərhal sonra gəlməsi diqqət çəkir.
İddialara görə, bombardman təyyarələri İranın nüvə müəssisələrini vurmaq üçün göndərilib.
Qeyd edək ki, açıqlamada bu fikirlərə yer verilib: "Şimali Dakota əyalətindəki Minot Hərbi Hava Qüvvələri Bazasındakı 5-ci Bombardman Qanadına verilən ABŞ Hərbi Hava Qüvvələrinin B-52H heyəti təcavüzkarlığa nəzarət və ABŞ-ın bölgədəki müttəfiqlərinə dəstək üçün 21 noyabrda Yaxın Şərqə uzunmənzilli uçuş gerçəkləşdirib".
Bundan əlavə, Donald Tramp Administrasiyası hakimiyyətdən getməzdən əvvəl İrana qarşı Birləşmiş Ərəb Əmirliklərinə 23 milyard dollar dəyərində silah satışı üçün hərəkətə keçib. Dövlət katibi Mayk Pompeo satışa icazə verdiklərini bildirib. İki ölkə arasındakı satış razılaşmasında 50 ədəd F-35 təyyarələri yer alıb. Əlavə olaraq, 18 ədəd silahlı pilotsuz uçuş aparatı da satılacaq.
Zümrüd
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək