"ABŞ işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə prosesini dəstəkləyir" - ABŞ səfiri
"Məcburi köçkünlərin geri qayıtması üçün işğaldan azad edilmiş ərazilərdə uğurlu minatəmizləmənin həyata keçirilməsi və bərpa işlərinin görülməsi son dərəcə vacibdir. ABŞ bu prosesi dəstəkləyir".
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə kömək etməyə tərəfdardır.
"Bu istiqamətdə atılan addımları dəstəkləyirik. Bu yaxınlarda Avropa İttifaqı bu istiqamətdə vacib rol oynadı və biz bunu dəstəkləyirik", – Litzenberger deyib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri haqqında danışarkən səfir bu işdə daha çox ABŞ şirkətlərinin iştirak etməsini arzuladığını bildirib:
"Enerji və minatəmizləmə sahəsində işləyən şirkətlər var. Lakin onların sayının daha çox olmasını istərdik. Daha çox şirkət cəlb etmək üçün açıq tenderlər elan etmək lazımdır".

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik