ABŞ Konqresi Ukraynaya əlavə 40 milyard dollara yaxın vəsaitin ayrılmasını TƏSDİQLƏDİ
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılması haqqında qanun layihəsini təsdiqləyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının saytında yayımlanıb.
Belə ki, 368 konqresmen təşəbbüsün lehinə, 57-si əleyhinə səs verib.
Qanun layihəsi baxılmaq üçün Senata göndəriləcək.
Senatın demokratik çoxluğun lideri Çak Şumer təşəbbüslə bağlı səsvermənin mümkün qədər tez təşkil ediləcəyini bildirib.
Paket Nümayəndələr Palatası tərəfindən təsdiq edildikdən sonra imza üçün Co Baydenə göndəriləcək.
Sənəd Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün vəsaitin ayrılmasını nəzərdə tutur.
Qeyd edək ki, əlavə maliyyə üçün Konqresə sorğu daha əvvəl ABŞ prezidenti Co Bayden tərəfindən göndərilib. O, qanunvericiləri onu dərhal təsdiq etməyə çağırıb. Bayden xəbərdarlıq edib ki, əks halda Birləşmiş Ştatlar tezliklə Kiyevə yardımı dayandırmağa məcbur olacaq, çünki Konqresin əvvəlki resursları praktiki olaraq tükənib.
Bayden ilkin olaraq Kiyevə əlavə 33 milyard dollar yardım istəyib. Daha sonra Amerika mediası bu məbləğin Konqresdə 40 milyard dollara qədər artırıldığını yazıb.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test