ABŞ Maskın şirkəti ilə bağlı ARAŞDIRMAYA BAŞLADI
ABŞ federal orqanları İlon Maska məxsus "Neuralink" şirkəti ilə bağlı araşdırmaya başlayıb.
KONKRET.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, heyvanlar üzərində aparılan təcrübələr araşdırmaya səbəb olub.
Bildirilib ki, araşdırma ABŞ Kənd Təsərrüfatı Departamentinin Baş Müfəttişliyi tərəfindən prokurorluğun müraciəti əsasında başlayıb.
Agentlik şirkətin 20 keçmiş və indiki əməkdaşı ilə söhbət edib. Bildirilib ki, 2018-ci ildən bəri təcrübələr zamanı təxminən 1500 heyvan, o cümlədən 280-dən çox qoyun, donuz və meymun tələf olub. Bundan əlavə, təcrübələrə siçanlar və siçovullar cəlb edilib.
Qeyd edək ki, "Neuralink" startapı neyron interfeyslərin inkişafı və robotların yaradılması üzrə aparıcı mütəxəssisləri bir araya gətirmək üçün 2016-cı ilin iyul ayında İlon Mask tərəfindən yaradılıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü