ABŞ mediası Türkiyəni HƏDƏFƏ ALDI - ƏTRAFLI

ABŞ mediası Türkiyəni HƏDƏFƏ ALDI - ƏTRAFLIDünya BMT-nin Nyu-Yorkdakı kritik sammitindən xəbər gözlədiyi bir ərəfədə ABŞ mətbuatında Türkiyəni sərt tənqid edən yazı dərc olundu.
KONKRET.az xəbər verir ki, Maykl Rubin imzası ilə nəşr edilən məqalədə "Türkiyənin karantinə alınması" çağırışı yer alıb.
Məqalə həftəlik jurnal kimi tanınan "Vashington Examiner"in internet saytında dərc olunub.
"İnklüzivlik hər zaman bir fəzilət deyil" yazılan məqalədə aşağıdakı qalmaqallı ifadələr yer alıb;
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz ölkəsinin de-fakto veto hüququndan istifadə edərək, NATO-nu inkişaf etdirməkdənsə, ona mane olur".
Türkiyənin izlədiyi müstəqil xarici siyasəti "mənfəət əldə etməyə çalışmaq" kimi ümumiləşdirməyə üstünlük verən Rubin iddia edir ki, "Türkiyə Ukrayna böhranında olduğu kimi, digər məsələlərdə də fayda əldə etməyə çalışır.
Müəllif Türkiyədə qaz ixracı mərkəzinin tikintisinə diqqət yetirir. Məqalədə daha sonra qeyd edilir: "Bəlkə də Hindistanda keçirilən G20 sammitinin ən böyük uğuru Hindistan-Səudiyyə Ərəbistanı-Avropa İttifaqı ticarət dəhlizinin elan edilməsi oldu".
Yeni ticarət yolunu son dərəcə mürəkkəb qiymətləndirən müəllif yazır ki, "Plana görə, dünyanın beşinci ən böyük iqtisadiyyatı olan Hindistan Birləşmiş Ərəb Əmirliklərinə mal göndərəcək. Qatarlar daha sonra yükləri Səudiyyə Ərəbistanı və İordaniya vasitəsilə İsrailə daşıyacaq. Hayfa limanında mallar Yunanıstana gedəcək yük gəmilərinə yüklənəcək. "Proses mürəkkəb görünsə də, əslində vaxta və pula qənaət edir və Hörmüz boğazı, Bab-əl-Məndeb və Süveyş kanalı kimi strateji tıxanma nöqtələrindən yan keçir".
Prezident Ərdoğanın bu plana qarşı çıxdığını yazan Rubin bildirib ki, "Ərdoğan bunun əvəzinə İraq və Türkiyə üzərindən bir marşrut təklif etdi və Türkiyədən yan keçən heç bir marşruta vasitəçilik etməyəcəyini dedi".
"Qərb Türkiyəyə etibar etməməlidir", – deyən müəllif qalmaqallı açıqlamalarını belə davam etdirib:
"Ola bilsin ki, bir gün Türkiyənin istiqaməti dəyişəcək və dünya iqtisadiyyatına, enerji infrastrukturuna daha yaxşı inteqrasiya olunacaq. Lakin o gün gələnə qədər Qərb üçün ən yaxşı strategiya Türkiyəni karantinə almaqdır". G20-nin qərarından narazı qalan Türkiyə ilk addımını atdı. Britaniyanın "Financial Times" qəzeti "Türkiyə G20-nin Hindistan-Yaxın Şərq ticarət dəhlizi planına alternativ yaratmağa çalışır" başlıqlı xəbərinə bu məlumatı daxil etdi:
"Türkiyə bu ay keçirilən G20 sammitində razılaşdırılmış Hindistan-Yaxın Şərq ticarət dəhlizi planına alternativlə bağlı intensiv danışıqlar aparır".
Britaniya qəzeti xarici işlər naziri Hakan Fidanın İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə gərgin danışıqlar apardığını yazıb.
Xəbərdə alternativ xətt yaratmaq üçün danışıqların davam etdiyi bildirilib.
KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Siyasi       Tarix: 19 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı kriminal xeber beynelxalq bank mezenne son xəbərlər azərbaycanda