ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
ABŞ Silahlı Qüvvələri Almaniyada yerləşən bazalarından avadanlıq və nəqliyyat vasitələrini Ermənistan poliqonlarında yerləşdirməyi planlaşdırır.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin dövlət satınalmaları portalını araşdırma çərçivəsində "Russia Today" yayıb.
Bildirilib ki, köçürmə Almaniyanın Dülmen bölgəsindəki bazadan Ermənistandakı Zar bazasına edilə bilər.
Prosesin iyulun 16-dan avqustun 7-nə qədər davam etməsi gözlənilir.
Daşınma üzrə xidmətlərin göstərilməsinə dair tenderdə qeyd olunub ki, avadanlıqların Almaniyaya geri qaytarılması dövrü avqustun 21-dən sentyabrın 20-nə qədər göstərilib.
Müqavilə, həmçinin avadanlıqların Ermənistandakı Armavir təlim poliqonundan Gürcüstanın Poti limanına daşınmasını da nəzərdə tutur.
Qeyd olunub ki, ümumilikdə nəqliyyat vasitələri, generator və konteynerlər də daxil olmaqla 151 ədəd avadanlığın daşınması planlaşdırılır. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir