Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərəkSon zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı olan addımlar barədə fikirlərimi çatdırmağa çalışıram.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ deyib.
Partiya sədri bildirib ki, əgər xəbərdarlıqları zamanında diqqətə alınıb lazımi addımlar atılsaydı, durumun bu nöqtəyə çatmasının qarşısı alına bilərdi və Ankara Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı olmadan Türk Dövlətləri Təşkilatının sammitini keçirmək məcburiyyətində qalmazdı:
"Amma edilən yanlışların düzəldilməsi üçün hələ də gec deyil. Azərbaycanda Türkiyənin Cümhuriyyət Gününün coşqu ilə qeyd edilməsi və Azərbaycan Prezidentinin bu münasibətlə verdiyi mesajda Türkiyə-Azərbaycan strateji tərəfdaşlığına güclü vurğu etməsi Azərbaycan rəhbərliyinin Türkiyəyə təpkili olmadığını və danışıqlara açıq olduğunu göstərdi:
"Yenə Türk Dövlətləri Təşkilatının zirvəsində Prezident Ərdoğanın Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova göstərdiyi səmimi münasibət və verilən səmimi mesajlar da yerində oldu. Xüsusilə Prezident Ərdoğanın "Türk dünyasının ailə fotosunda ayrılığa yer yoxdur, əzəldən əbədiyyətə qədər qardaşıq" sözü doğru və anlamlı mesaj idi.
Zatən, Türkiyə ilə Azərbaycan arasında qalıcı problemin olacağını düşünmək mümkün deyil. Bəzi konyunktur məsələlər, yanlış anlaşılmalar, yaxud fanatiklər tərəfindən verilən açıqlamaların şamı yatsıya qədər yanar. Türkiyə-Azərbaycan münasibətlərində gec-tez məntiq və qardaşlıq qalib gələcək. Amma bunun olması üçün hamımızın unutmamalı və dərs almalı olduğu bəzi önəmli məsələlər var.
Birincisi, Azərbaycanın qardaş olduğu qədər müstəqil ölkə olduğunu da dərk etməliyik. Azərbaycan öz daxili siyasətini özünün uyğun gördüyü şəkildə qurur. Xarici siyasətində də öz maraqları çərçivəsində istədiyi dövlətlə əməkdaşlıq etmək onun ən təbii haqqıdır. Biz Azərbaycanın dəyərini onun üçüncü ölkə ilə əməkdaşlığına görə müəyyən etməməliyik. Əksinə, üçüncü ölkələrin dəyərini Azərbaycanla münasibətlərinə görə müəyyən etməliyik.
İkincisi, Qarabağ zəfəri Azərbaycan xalqının və ordusunun zəfəridir. Azərbaycan əsgərinin bu zəfərdəki cəsarət və qəhrəmanlığı müasir dünya hərb tarixinə öz möhürünü vuracaq şəkildədir. Xüsusilə sıldırım qayaların əhatəsindəki Şuşanın azad edilməsi filmləşdirilməli olan epoxal qəhrəmanlıq hekayəsidir. AKP 24 illik iqtidarı dövründə ən doğru qərarlarından birini verərək, Qarabağ savaşında Azərbaycana qətiyyətli dəstək verdi. İndiyədək bundan fəxrlə danışıram. Zatən, bu, həm milli, həm də siyasi baxımdan sərgilənməli olan mövqe idi. Dolayısı ilə bu zəfərdə payımız varsa, bu, bizim üçün ancaq qürur vəsiləsidir. Azərbaycan xalqı və rəhbərliyi də zəfərin qürurunu Türkiyə ilə – bizlərlə – qardaşları ilə cömərdcə paylaşdı. Zəfər bayramında Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da daşındı".
Ümit Özdağ Azərbaycanla bağlı başqa bir maraqlı məqama da diqqət çəkib:
"Azərbaycan müharibədən sonra noyabrın 10-da qeyd edilməli olan Zəfər Gününü "Atatürkün vəfat günündə bayram olmaz" deyərək, noyabrın 8-nə keçirdi, Prezident Ərdoğanı da baş fəxri qonaq kimi qəbul elədilər. Bütün bunlar Azərbaycan xalqı və rəhbərliyinin zəfərin qazanılmasındakı dəstəyimizə təşəkkürünün ifadəsidir. Bundan artığını istəmək doğru da, ədalətli də deyil.
Üçüncü məsələ həm Azərbaycan, həm də digər türk cümhuriyyətləri ilə bağlı qiymətləndirmələrimizin dəyişməsi ilə bağlıdır. Təəssüf ki, Türkiyədə bununla bağlı qiymətləndirmələr zaman-zaman ancaq qardaşlıq məsələsi üzərində qalır. Azərbaycanın və digər türk ölkələrinin tarixlərini, siyasi düzənlərini, ictimai quruluşlarını və geosiyasi mövqe və bundan qaynaqlanan ehtiyaclarını bilmədən və nəzərə alınmadan edilən emosional dəyərləndirmələr bizi gerçəklərdən uzaqlaşdıra bilər. Hər bir türk cümhuriyyətinin geosiyasi gerçəyi bizimkindən fərqlidir. Dost-düşmən və təhdid qavrayışları, əməkdaşlıq ehtiyacları bir-birindən fərqlidir. Onların heç birinə "Sən niyə bu ölkə ilə əməkdaşlıq edirsən və ya etmirsən?" demək haqqımız yoxdur.
Dördüncü, Azərbaycan da daxil türk cümhuriyyətlərinin hamısı müstəqil və suveren ölkələrdir və milli qürurlarına bizim qədər düşkündür. Çünki onlar da bizim kimi türkdür. Bu baxımdan, türk cümhuriyyətlərinə baxışımıza sevgi və qardaşlıq duyğularına hörmət və anlayış duyğularını da əlavə etməliyik. Həmçinin xarici siyasətin ancaq duyğu çərçivəsində yox, rasional və qarşılıqlılıq təməlində idarə edilməsini də dərk etməliyik. Öz qardaşlarımızla da belə edirik".
Partiya sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə təkcə eyni soydan gələn iki ölkə deyil, həm də geosiyasi olaraq bir-birini tamamlayan, uzunmüddətli maraqları müştərək olan iki dövlətdir:
"Bu səbəbdən Azərbaycanla münasibətlərimizin pozulmasına çalışanlar Türkiyənin də geosiyasi olaraq zəifləməsinə çalışırlar. Azərbaycan haqda mənfi düşünən birinin Türkiyə haqda müsbət düşünməsi mümkün deyil. Sosial şəbəkələrdə Azərbaycan əleyhinə yazanların, danışanların hesablarına baxın: bu insanların Türkiyə, cümhuriyyət və Atatürk haqda bir dənə də olsun, müsbət paylaşımı yoxdur və ola bilməz.
Azərbaycanla aramızda yaradılmaq istənilən nifaqa son qoymaq mümkündür, hətta heç çətin deyil. Bunun üçün Prezident Ərdoğan və Prezident Əliyev tərəfindən atılacaq bir neçə addım bəs edəcək. İlk növbədə, iki ölkə arasında nifaq yaratmağa çalışan şəxslər və sosial şəbəkə hesablarına qarşı hüquqi tədbirlər görülməlidir. Hər iki ölkənin rəhbərlikləri və parlamentlərindən qardaşlığımızı və strateji tərəfdaşlığımızı vurğulayan səmimi mesajların verilməsi aradakı incikliyin aradan qaldırılmasına imkan yaradacaq.
Prezident Ərdoğanın noyabrın 8-də Bakıda keçiriləcək Zəfər Günü tədbirlərində iştirak etmək üçün Azərbaycana gedərək, Azərbaycana dəstəyimizi və strateji müttəfiqliyimizi vurğulaması çox önəmlidir. "Azərbaycanın dünyadakı yeganə gerçək ailəsi türk dünyasıdır" deyən Prezident Əliyevin Prezident Ərdoğanı zəfər tədbirlərinə dəvət edəcəyinə inanıram.
Unutmayın: bir insanın Azərbaycana, Şimali Kipr Türk Cümhuriyyətinə və digər türk cümhuriyyətlərinə baxışı bir nəzarət mexanizmidir. Onlar haqqında pis danışanlar Türkiyənin və türk millətinin dostu ola bilməz. Azərbaycan bizim can qardaşımızdır və əbədiyyətə qədər elə qalacaq".

Siyasi       Tarix: 03 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur


son xeberler azerbaycan xeberleri yeni xeberler maliyye xeberler bugun meherremlik 2026 havanın temperaturu krimnal bugun