ABŞ ordusu o ölkəyə girir - TRAMP QƏRAR VERDİ

ABŞ ordusu o ölkəyə girir - TRAMP QƏRAR VERDİABŞ prezidenti Donald Tramp Suriyadakı neft sahələrinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi əməliyyatların keçirilməsinə icazə verib.
xəbər verir ki, bu barədə "Associated Press" agentliyi informasiya yayıb.
Bildirilib ki, qərar, Trampın ötən həftənin cümə günü Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirdiyi toplantıdan sonra qəbul edilib. Qərara əsasən, yüzlərlə ABŞ əsgəri Deyr-əz-Zor və Haseke şəhərləri arasından uzanan YPG nəzarətindəki 150 km-lik bölgəyə yerləşdiriləcək.
Trampın qərarı İŞİD ilə mübarizəyə davam etmək, İranın bölgədəki nüfuzuna zərbə vurmaq və PKK/YPG ilə ortaqlığa davam etməyə görə Suriyada qalmağı müdafiə edən komandanlar üçün zəfər kimi dəyərləndirilib.
ABŞ Müdafiə Nazirliyi yeni xidmət üçün Suriyaya neçə əsgərin göndəriləcəyini açıqlamayıb. Lakin adını açıqlamayan rəsmilərdən biri 200-ü Suriyanın cənubundakı Əl Tanf qarnizonundan olmaqla, 800 əsgər göndəriləcəyini deyib.
Sadəcə bir neçə həftə əvvəl Suriyadakı ABŞ əsgərlərini geri çəkmək qərarı verən Trampın bölgəyə yenidən hərbi qüvvə göndərməsi üçün qanuni şərait tapmaqda çətinlik çəkdiyi bildirilir.
ABŞ əsgərlərinin İŞİD-lə mübarizə üçün Suriyaya göndərilməsinin qanuni təməli 11 sentyabr hadisələrindən sonra qəbul edilən "Hərbi Gücdən İstifadə Səlahiyyəti" qanunudur. Qanuna əsasən Amerika əsgərləri beynəlxalq terrorizmlə mübarizədə sərbəst şəkildə hərəkət edə bilər.
Hüquq mütəxəssisləri Trampın yeni missiyasını Suriya neftinin İŞİD-ə qarşı istifadə edilməsi məqsədilə yerləşdiriləcəyini söyləyir. Lakin neftin rejim qüvvələrinə və ya başqa bir gücə qarşı qorunması səlahiyyət çərçivəsinə daxil deyil.
"Hərbi Gücdən İstifadə Səlahiyyəti"nin Suriya kimi suveren dövlətə qarşı əsas kimi istifadə edilməsi üçün Konqresin təsdiqi tələb olunur.
Zümrüd /publika.az

Dünya       Tarix: 06 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun idman xeberleri son xeber 2026 xəbərlər