ABŞ qərar verdi: Azərbaycan silahlanmalı, Ermənistan isə sülhə hazır olmalıdır – ERMƏNİ MÜƏLLİF

ABŞ qərar verdi: Azərbaycan silahlanmalı, Ermənistan isə sülhə hazır olmalıdır – ERMƏNİ MÜƏLLİFABŞ Azərbaycana hərbi yardımı davam etdirəcək, Ermənistan isə iqtisadi çətinlikləri aradan qaldırmaq üçün 120 milyon dollar alacaq.
KONKRET.az xəbər verir ki, bu fikirləri "yerevan.today" saytında Tatev Mirzoyan adlı müəllif yazıb.
Onun sözlərinə görə, bir gün fərqlə yayılan bu iki xəbər olduqca şübhəli vəziyyət yaradır.
Müəllif bunu səbəbini belə anlayıb:
"Belə ki, ABŞ prezidenti Co Bayden 907 saylı qətnamədən yan keçmək qərarına gəlib. Bəs bu qətnamə nədir? "Azadlığa Dəstək Aktı"nın 907 saylı qətnaməsi Azərbaycana hərbi yardımı qadağan edir.
Qətnamə SSRİ-nin dağılmasından sonra, 1992-ci ilin avqustunda qəbul edilib. Təxminən on il ərzində Azərbaycan ABŞ hökumətindən birbaşa yardım ala bilməyən yeganə MDB dövləti olub.
2001-ci il 11 sentyabr hücumlarından sonra Corc Buş Konqresdən hər maliyyə ilində 907 saylı qətnamədən yan keçmək və Azərbaycana hərbi yardım göstərmək imkanı yaratmağı xahiş edib.
2002-ci ildən bu yana Azərbaycan 411,6 milyon dollara yaxın hərbi yardım alıb. Bu məbləğ təhlükəsizlik sektoru ilə bağlı 20-dən çox proqram vasitəsilə bölüşdürülüb.
2002-ci ildən isə bu proqramlar çərçivəsində Ermənistana yardım təqribən yarısı qədər, təxminən 196 milyon dollar təşkil edib.
44 günlük Qarabağ savaşına "insanpərvər" Qərbdən, o cümlədən ABŞ-dan heç bir qınaq eşitmədik (30 il ərzində torpaqlarımızı işğalda saxlayan bir ölkə vətəndaşından bunu eşitmək gülməldir. Birincisi, işğala görə əsas qınaq ediləsi ölkə Ermənistandır). İndi də özünü demokratiyanın mərkəzi hesab edən bir ölkə (ABŞ-ı nəzərdə tutur) Azərbaycan dövlətini silahlandırmaqda davam etmək qərarına gəlib.
Təbii ki, sual yaranır: görəsən, Bayden ABŞ Konqresini Azərbaycanın sərhədlərinin təhlükə altında olduğuna və ya göstərilən yardımın Ermənistana qarşı hücum xarakterli istifadə olunmayacağına necə inandıra bilib?
ABŞ-ın Azərbaycanı silahlandırmaq, Ermənistana isə dünyada sülh üçün dua etmək üçün vasitələr təqdim etməsi faktdır. Bu işdə ABŞ-ın rəhbərlik etdiyi kar və kor Qərbin (Paşinyan indinin özündə də məhz Rusiyaya yox, müəllifin kar və kor adlandırdığı Qərbə arxalanır, çünki bilir ki, Kreml güclü iqtisadiyyatı və ordusu olan Azərbaycandan üz döndərməyəcək, mono "respublika" olan "Hayastan" indi Putin üçün maraq doğurmur) öz planları və vəzifələri var. O, Ermənistanın indiki hakimiyyətinin kifayət qədər rahat qəbul etdiyi bu planlara uyğun proqramlarını həyata keçirir".
Roman Göytürk, 
KONKRET.az

Siyasi       Tarix: 25 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 bugünkü son xəbərlər bugunun xeberleri cəbhədən son məlumat