ABŞ Rusiyanın bir addımlığında DÖVLƏT ÇEVRİLİŞİNƏ hazırlaşır - Kəşfiyyat rəhbərindən ŞOK AÇIQLAMA
ABŞ Belarusda rəngli inqilab və qeyri-konstitusion çevriliş təşkil etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu iddia Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin tərəfindən səsləndirilib.
"Vaşinqton avropalı müttəfiqləri ilə əlaqələrində Belarusun qanuni hökumətini "iqtidar dövrü" mövzusunda dialoqa məcbur etmək məqsədilə Minskə təzyiqin artırılması mövzusunda təkid edir. Əslində sözügedən şey yeni "rəngli inqilab" və qeyri-konstitusion çevriliş cəhdidir. Bu cəhdin hədəf və məqsədinin Belarus vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur", - o bildirib.
Belarusdakı protestlərin əvvəldən bəri yaxşı təşkil olunduğunu və xaricdən idarə edildiyini vurğulayan Narışkin sözlərini belə davam edib: "Qərb bu aksiyaların hazırlığını seçkilərdən çox əvvəl başlatmışdı. Sadəcə ABŞ 2019-cu ildə və 2020-ci ilin əvvələrində müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə hökumətə qarşı planların təşkilinə 20 milyon dollar xərcləyib. Vaşinqton Belarusda kütləvi etiraz başlatdıqdan sonra Belarus müxalifətinin maliyyəsi qat-qat artdı. Rəsmi Vaşinqton Belarusun müxalif lideri Svetlana Tixanovskayanı himayəsinə aldı və onunla əməkdaşlarını "xalq liderləri", "demokratik Belarusun gələcək idarəçiləri" kimi tanıtmağa çalışdı".
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək