"ABŞ səfirinin, Azərbaycana məsləhət vermək səlahiyyəti yoxdur..." - Sərt sözlər

Xəbər verdiyimiz kimi, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Ermənistan baş nazirinin müavini Ambartsum Matevosyanla görüşündə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin yekun və hərtərəfli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu və missiyasını təsdiqləyib. Səfir 44 günlük savaşın bitməsindən keçən 1 il 3 aya yaxın müddətdə artıq "en"inci  dəfə bildirib ki, "Dağlıq Qarabağın statusu" məsələsi həll olunmayıb və bu proses ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində həyata keçirilməlidir".
Bəs görəsən, ABŞ-Rusiya münasibətlərinin xüsusən Ukrayna məsələsi ilə bağlı gərginləşdiyi bir vaxtda Ağ Evin qəsbkar Ermənistandakı rəsmi təmsilçisi bu fikirləri, sadəcə, Ermənistanın "könlünü almaq" üçün söyləyir, yoxsa rəsmi Vaşinqtonun Qarabağ məsələsi ilə bağlı hansısa konkret planları var?..
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı sualları cavablandıran keçmiş xarici İşlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:
"Zənnimcə, hazırda ABŞ rəhbərliyi üçün Ermənistan-Azərbaycan münaqişəsi ilkin mövqelərdə olan məsələ deyil. Hətta heç ikinci onluqda da deyil. Yəni bu baxımdan hesab edirəm ki, xanım Lin Treysi, sadəcə, Ermənistan ictimaiyyəti arasında hansısa nüfuza malik olmaq üçün mütəmadi olaraq belə fikirlər səsləndirir. Amma, sözsüz ki, ABŞ səfirinin söylədikləri reallıqdan uzaq fikirlərdir. Çünki Prezident İlham Əliyevin də öz çıxışlarında vurğuladığı kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri arasında birlik belə, olmadığı halda onlar gündəmdə olan hansısa məsələnin  həllindən necə danışa bilərlər? Azərbaycan artıq 44 günlük müzəffər savaşımız nəticəsində Qarabağ məsələsini həll edib. Və kiminsə Azərbaycan Respublikasının ərazisi barəsində bu və ya digər fikirləri səsləndirmək üçün əsasları olmalıdır. Eləcə də hər hansı bir dövlətin və ya siyasi şəxsin dövlətimizə məsləhət  verməsi üçün ilk növbədə Azərbaycanın öz istəyi olmalıdır. Bu mənada istər ABŞ səfiri, istərsə də digər ölkələrin səfirləri Azərbaycana məsləhət vermək səlahiyyətinə malik deyillər. Odur ki, bir daha vurğulayıram: bu, əsassız və mənasız bir bəyanatdır".
"Belə çıxır ki, ABŞ dövləti hazırda Güney Qaqfqazda mövqelərinin möhkəmlənməsində maraqlı deyil?" sualına da Tofiq Zülfüqarov konkret cavab verib.
"Ümumiyyətlə,  son vaxtlar ABŞ regionda o  qədər də fəal deyil. Qərb ölkələri arasında ilk növbədə siyasi, iqtisadi sahədə Böyük Britaniyanın fəallığını görürük. Fransa isə qismən aktivlik göstərir. Amma Amerika dövləti, xüsusən ordusu Əfqanıstandan çıxandan sonra bölgədəki fəallığını kəskin azaldıb. Hətta İranın nüvə proqramının qarşının alınması ilə bağlı  məsələnin də Ağ Evin fəal gündəmində olmadığı görünür.   Ermənistan-Azərbaycan münaqişəsi isə, ümumiyyətlə, rəsmi Vaşinqtonun gündəmində yoxdur"- deyə keçmiş baş diplomat vurğulayıb./Moderator.az

Siyasi       Tarix: 02 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər valyuta mezenesi kriminal bugun