ABŞ səfirliyi Qaçqınlar Günü ilə bağlı bəyanat yaydı

ABŞ səfirliyi Qaçqınlar Günü ilə bağlı bəyanat yaydıABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ümümdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, bəyanatın mətnini təqdim edir:
"Tarixdə ilk dəfə olaraq, münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur qalan insanların sayı son zamanlarda 100 milyonu ötüb. Bu say dünya əhalisinin 1%-dən çoxunu təşkil edir. Təkcə bu il, Ukraynada müharibə səkkiz milyon insanın ölkədən didərgin düşməsinə və 6.8 milyondan artıq insanın qaçqın kimi ölkəni tərk etməsinə səbəb olub.
Çoxları Azərbaycanda münaqişə zəminində insanların üzləşdiyi əziyyəti və məcburi köçkünlər icmasının məruz qaldığı çətinlikləri yaxşı bilirlər.
Amerika Birləşmiş Ştatları bütün dünyada yardıma ehtiyacı olan insanlara, o cümlədən qaçqınlara, münaqişə qurbanlarına, məcburi köçkünlərə, vətəndaşlığı olmayan şəxslərə və həssas miqrantlara ən çox humanitar yardım göstərən yeganə ölkədir. Bundan əlavə, Amerika Birləşmiş Ştatları 1975-ci ildən etibarən, ölkə daxili icmalarda 3.5 milyondan çox qaçqını qəbul edən dünya lideridir.
Burada, Azərbaycanda, biz məcburi köçkün icmasına sərmayə qoyuruq və onları dəstəkləyirik. On ildən artıqdır ki, biz ingilis dili proqramları eləcə də, USAID-in inkişaf tədbirləri vasitəsilə məcburi köçkün icmasına sərmayə qoymuşuq. Köçürülmə işləri davam etdikcə biz bu icmanı dəstəkləməyə davam edirik və bu iş daha da vacibdir.
Birləşmiş Ştatlar məcburi köçkünlər və qaçqınlar da daxil olmaqla bütün köçkünlərin bütün dünyada könüllü olaraq keçmiş yaşayış yerlərinə qayıtmaq hüquqlarını dəstəkləyir. Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan çox yardım edib və bu icmaya dəstək vermək öhdəliyinə sadiq qalır. Uşaqlar üçün olan bu ünvanlı yardıma məktəblərin tikilməsi və təmiri, gənclərin inkişafı proqramları və məcburi köçkün icmalarına ingilis dili proqramları daxildir. Bundan əlavə, Birləşmiş Ştatlar Azərbaycanın insan təhlükəsizliyini gücləndirmək və məcburi köçkün icmalarına öz evlərinə qayıtmaq və həyatlarını təhlükəsiz şəkildə bərpa etmək səylərinə kömək etmək üçün Azərbaycana humanitar minatəmizləmə yardımı göstərir.
Keçən payızda Gəncədə olarkən mən Səfirliyin dəstəyi ilə Amerika guşəsində ingilis dilini öyrənən gənc məcburi köçkün tələbələrin ilhamverici qrupu ilə görüşdüm. Bu gün, Ümumdünya Qaçqınlar Günündə mən onları və onların gələcəyini düşünürəm. Ümid edirəm ki, biz hamımız qaçqınların, məcburi köçkünlərin və münaqişə və fəlakətdən zərər çəkmiş icmaların müdafiəsi və yardımı üçün müdafiəni davam etdirə bilərik".

Siyasi       Tarix: 20 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az son xeberler xeberler bu qun