ABŞ şirkətlərindən Türkiyəni tərk etmələrini tələb edəcək - SƏBƏB
ABŞ Ankara və Moskvanın yaxınlaşacağı təqdirdə şirkətlərinə Türkiyə ilə iqtisadi əlaqələri azaltmağı tövsiyə edə bilər.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.
"Biz düşünürük ki, Türkiyə biznes və kapital üçün qlobal cazibə mərkəzi olmalıdır. Lakin Rusiya ilə sıx əlaqələr Türkiyənin inteqrasiyası üçün real risklər yaradacaq", – ABŞ rəsmisi deyib.
Nəşrin məlumatına görə, Türkiyə ilə Moskvanın yaxınlaşması nəticəsində Ankaraya dollarla ödəniş etmək qadağan oluna bilər.
Xatırladaq ki, avqustun 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçidə danışıqlar aparıb. Danışıqlar zamanı milli valyutalarla ticarətə keçmək, eləcə də ölkələr arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq barədə razılığa gəlinib.
Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Türkiyə tərəfi Rusiya qazı üçün ödənişi rublla qismən ödəməyə razılaşıb.
İqbal Rzayev,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?