ABŞ Suriya neftindən qazandığı pulu hara xərcləyir? - Lavrovdan ŞOK İTTİHAM
ABŞ Suriyada neftdən əldə edilən gəlirlərin hesabına ona loyal silahlı qruplaşmaları dəstəkləyir.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Rusiya 24" kanalında "Beynəlxalq icmal" proqramında deyib.
Daha əvvəl Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Suriyanın şimal-şərqində neft rayonlarına rəsmi Dəməşq nəzarət etməlidir. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov isə qeyd edib ki, ABŞ-ın dövlət orqanları Suriyada neftdən hər ay 30 milyon dollardan yuxarı alırlar.
Xatırladaq ki, Pentaqonun başçısı Mark Esper ABŞ-ın Suriyadakı neft yataqlarını qoruyacağını və onları ələ keçirmək cəhdlərinə güclə cavab verəcəyini bildirib. Onun sözlərinə görə, Amerika əsgərləri yataqlara nə Rusiya, nə də Suriya hərbçilərini buraxmaq niyyətindədir. /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib