"ABŞ Ukrayna üçün Avropadan qat-qat çox pul xərcləyir" - DETALLAR
"Ukrayna Avropa ölkələrindən təxminən əlavə 100 milyard dollar almalıdır ki, Vaşinqtonun Kiyevə verdiyi yardımla müqayisə olunsun".
KONKRET.azxəbər verir ki, bunu bazar günü ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Fox News-un aparıcısının sualına cavab verən Tramp tamaşaçıları əmin edib ki, o, müharibəni dayandıra bilər:
"Əvvəlcə, mən Avropadan ABŞ-a 100 milyard dollara yaxın borcun ödənilməsini tələb edərdim. Ümumiyyətlə, Ukrayna cəbhəsində Birləşmiş Ştatların rolu Avropadan çoxdur.
Siyasətçi əlavə edib ki, coğrafi baxımından Avropa Ukraynaya daha yaxındır. "Bizim 150, onların isə cəmi 20 milyard dollar xərcləməsi balansı pozur. Avropa ölkələrinin iqtisadiyyatı birləşsə, bizimkinə bərabər olar", – deyə Tramp bildirib.
ABŞ Konqresi daha əvvəl Ukraynaya yardım üçün təxminən 113 milyard dollar ayrılmasını təsdiqləyib. Vaşinqton Kiyevə yardımın əsas hissəsini Pentaqon, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə həyata keçirir.
Vəli Həsənov,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi