ABŞ Ukraynaya "əl atdı" - Rusiya ilə yeni müharibə ola bilər
Amerika Birləşmiş Ştatları Ukraynaya təhlükəsizlik, iqtisadiyyat, demokratik təsisatların gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahələrində dəstəyi artırmaq niyyətindədir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Biz Ukraynanı qətiyyətlə dəstəkləyirik, bu dəstəyi həm təhlükəsizlikdə, həm iqtisadiyyatda, həm də ölkədə demokratiyanın gücləndirilməsinə yönəlmiş səyləri baxımından artırmaq niyyətindəyik", - E.Blinken qeyd edib.
Onun sözlərinə görə, sonuncu nüans "son dərəcə vacibdir", çünki Kiyev bir tərəfdən "xaricdən təcavüzə müqavimət göstərmək", digər tərəfdən də korrupsiya da daxil olmaqla, ölkə daxilində öz problemləri ilə məşğul olmaq məcburiyyətindədir.
Dövlət katibi Vaşinqtonun Krımın Rusiya ilə birləşməsini tanımadığına dair mövqeyini də təkrarlayıb. ABŞ diplomatiyasının rəhbəri ölkəsinin Donbasdakı təcavüzə qarşı olduğunu da söyləyib.
Qeyd edək ki, Ukraynanın bu ilin sonunadək Donbas böhranını həll edəcəyi barədə iddialar səsləndirilir. ABŞ-ın Ukraynaya müdaxiləsinin Rusiya tərəfindən sükutla qarşılanmayacağı istisna edilmir.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək