ABŞ Ukraynaya növbəti qrant ayırdı
ABŞ Ukraynaya 1,7 milyard dollar məbləğində qrant yardımı ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal tviter səhifəsində məlumat verib.
Bu, ABŞ-ın son iki həftədə ayırdığı ikinci qrantdır, yardımın məbləği 3 milyard dollar təşkil edib.
"Ukrayna büdcəsinə Dünya Bankının Etimad Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 1,7 milyard dollar qrant yardımı daxil olub. Bu, ABŞ-ın son iki həftədə ikinci qrantıdır, qrantın ümumi məbləği 3 milyard dollar təşkil edib", – məlumatda deyilir.
Bu ilin may ayında Ukrayna büdcə kəsirinin maliyyələşdirilməsi üçün tələb olunan 5 milyard dollar əvəzinə beynəlxalq tərəfdaşlardan 2 milyard dollardan az vəsait almışdı. İyun ayında isə ABŞ Dövlət Departamentinin nümayəndəsi Derek Hoqan ABŞ-ın Ukrayna büdcəsini dəstəkləmək məqsədilə ayda 1,5 milyard dollar verməyi planlaşdırdığını bildirmişdi.

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?