ABŞ və İsrail Qəzzaya yeni humanitar yardım mexanizmi hazırlayır

ABŞ və İsrail Qəzzaya yeni humanitar yardım mexanizmi hazırlayırABŞ və İsrail Qəzzada Fələstinlilərə HƏMAS-ın nəzarəti olmadan humanitar yardımın çatdırılmasını bərpa etmək barədə razılaşma hazırlayırlar.
azxeber.com Musavat.com-a istinadən xəbər verir ki, məlumatı İsrail və Amerika rəsmiləri yayıb.
Bildirilir ki, "yeni mexanizm (yardımın çatdırılması üçün - İF) ehtiyacı olan insanlara dəstək verəcək, onun HƏMAS kimi terror qrupları tərəfindən yönləndirilməməsini, talan edilməməsini və ya sui-istifadə etməməsini təmin edəcək".
Müqavilə yardım əməliyyatlarının humanitar təşkilatlar tərəfindən idarə olunan və məsləhət şurası tanınmış beynəlxalq xadimlərdən ibarət beynəlxalq fond vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
Portal qeyd edir ki, tərəflər fondun fəaliyyətini, o cümlədən humanitar yardımın alınmasını maliyyələşdirəcək donor ölkələrlə fəal danışıqlar aparır.
Bildirilir ki, iki ay əvvəl, Qəzzada atəşkəs razılaşmasının dağılmasından sonra İsrail anklava bütün humanitar yardımların - qida, su və dərman - çatdırılmasını bloklayıb və bu, humanitar böhranı daha da pisləşdirib.
İsrail rəsmiləri bildirirlər ki, atəşkəs dövründə HƏMAS Qəzzaya axan humanitar yardımın böyük hissəsini nəzarətə götürə bilib və satışlarından əldə olunan milyonlarla dolları "hərbi qanadının üzvlərinə maaş vermək üçün" istifadə edib.
Portal qeyd edir ki, İsrail rəsmiləri mexanizmin Qəzzada quru əməliyyatı genişlənməmişdən əvvəl işləməsini təmin etmək istəyirlər. Belə ki, atəşkəs və girov danışıqlarında yaranan dalandan çıxış əldə olunmasa, İsrail bu ayın sonunda Qəzzada quru hərbi əməliyyatları genişləndirmək niyyətindədir.
ABŞ və İsrail yeni mexanizmin ABŞ prezidenti Donald Trampın regiona səfəri üçün hazır olmasını istəyir. Onun mayın 13-də Səudiyyə Ərəbistanına, oradan isə Qətərə və BƏƏ-yə səfəri gözlənilir. Axios xəbər verir ki, hazırda prezidentin İsrailə də səfər edəcəyi barədə məlumat yoxdur.

Siyasi       Tarix: 03 may 2025
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az bugünki xəbərlər son xəbər xeber