ABŞ vitse-prezidentindən SENSASİON AÇIQLAMA: "Rusiya danışıqlarda qeyri-səmimi olsa..."
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Fox News telekanalına verdiyi açıqlamasında Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə aparılan sülh danışıqları ilə bağlı mühüm bəyanatla çıxış edib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, əgər Moskva sülh danışıqlarında qeyri-səmimi mövqe sərgiləyərsə, ABŞ bu prosesdə iştirakını dayandıracaq. Vens qeyd edib ki, Rusiya hələ işğal etmədiyi əraziləri belə ilkin sülh planına daxil etməklə əsassız tələblərlə çıxış edir.
"Biz bilirdik ki, rusların ilk təklifi həddindən artıq olacaq. Onlar reallıqdan uzaq istəklərlə çıxış edəcək. Bu, danışıqlarda normaldır. Amma əgər biz belə nəticəyə gəlsək ki, ruslar səmimi deyillər, o zaman prosesi tərk edəcəyik", – deyə Vens bildirib.
O vurğulayıb ki, ABŞ tərəfləri masa arxasına gətirə bilər, ancaq onları razılaşmaya məcbur edə bilməz. "Əgər biz bu danışıqlarda irəliləyişin mümkünsüz olduğuna əmin olsaq, ABŞ öz vasitəçilik səylərini dayandıracaq", – deyə vitse-prezident əlavə edib.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir