ABŞ Vyetnam-Çin yaxınlaşmasına qısqancıqla yanaşır
"Vyetnam Çinlə əlaqələri gücləndirdiyini elan etdikdən sonra ABŞ Hanoyla yaxından işləməyə davam edəcək".
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Hanoydakı səfirliyinin mətbuat katibi Kameron Tomas-Şah deyib.
"Reuters" agentliyinin suallarını cavablandıran səfirlik əməkdaşı bildirib ki, "yaxın gələcəkdə vyetnamlı tərəfdaşlarımızla müxtəlif sektorlarda, o cümlədən səhiyyə, təhsil, texnologiya və ticarət sahələrində sıx əməkdaşlığımız davam edəcək". Xi Jinping-in səfərindən sonra qəbul edilən birgə bəyannamədə Vyetnam və Çin müdafiə sənayesi və logistika da daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək haqqında razılığa gəliblər. ABŞ həmçinin Vyetnamla müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə çalışır. Vyetnam və Çin həmçinin "düşmən qüvvələrin" son illərdə keçmiş kommunist ölkələrində inqilablara səbəb olan kütləvi hərəkatları dəstəkləməsinin qarşısını almaq üçün kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirmək barədə də razılıq əldə ediblər.
Vəli Həsənov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda