ABŞ-yə köçən Elariz Məmmədoğlu taksi fəaliyyəti ilə məşğul olur?

ABŞ-yə köçən Elariz Məmmədoğlu taksi fəaliyyəti ilə məşğul olur?ABŞ-yə köçən Elariz Məmmədoğlu taksi fəaliyyəti ilə məşğul olur?
"Mən 4 il, 4 aydır ki, Azərbaycanda deyiləm. Əlbəttə ki, respublikam və millətim üçün çox darıxıram. Azərbaycanda mənim varlığıma və sənətimə hər zaman diqqət olub. Hər zaman konsertlərə, toylara, şoulara dəvət almışam. Hər an millətim, respublikam, qohumlarım, dostlarım və sənət yoldaşlarım fikrimdədir. Mən ölkəni tərk etməmişəm. Sadəcə "green card" lotereyanı qazandım və bu şansdan istifadə etdim. Ürəyim hər an Bakı ilədir".
Bunu Moderator.az-a açıqlamasında ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu deyib.
"Hər dəfə ayağa qalxıram ki, Bakıya gedim, tərslikdən ayrı-ayrı ştatlardan 10-12 toy gəlir, mən də təyyarəyə minib, işimin arxasınca gedirəm. Mənim xoşbəxtliyim ondadır ki, ABŞ-də da öz işimlə məşğulam. Hər dəfə sənətimlə müvəffəqiyyət qazananda oxuduğum 16 nömrəli musiqi məktəbini, həmin məktəbdə solisti olduğum xor dərnəyini, vokal dərsi aldığım müəllimləri, Mədəniyyət və İncəsənət Universitetini, aktyor-rejissor pedaqoqlarımı, Hüseyn Cavid adına 132 nömrəli məktəbin müəllimlərini, idmanla məşğul olduğum OİK-i, İçərişəhərin küçələrini minnətdarlıq hissi ilə xatırlayıram. ABŞ-də Azərbaycan dilində mahnılarımı oxuyanda ingilislər də rəqs edirlər. Çünki, musiqinin dili yoxdur. Yeni gəlmişdim, restoranda "Azəri torpağı" mahnısını ifa edirdim. Bir də gördüm ki, azərbaycanlılarla bərabər, həm də xaricilər rəqs edirlər. Bundan böyük xoşbəxtlik ola bilərmi?", - deyə sənətçi bildirib.
Müğənni "Elariz ABŞ-də taksi fəaliyyəti ilə məşğuldur" başlıqlı çıxan xəbərlərə də münasibət bildirib.
"2023-cü ilin əvvəlindən mənim "ABŞ-dən salam" adlı albomum çıxıb. Əgər taksi fəaliyyəti ilə məşğul olsaydım, ən azı 10 mahnını yazdıra bilərdim?! Sensasiya xatirinə yazılan yazıları bəzi sayt müxbirləri çörək qazanmaq üçün edirlər. Eybi yox, təki mənim adımla ailələrinə ruzi aparsınlar. Axı onların da yaşamaq haqqı var", - deyə sənətçi deyib.
Elariz Məmmədoğlu bildirib ki, tək həyat yoldaşı ilə ABŞ-yə gedib.
"Mənə elə gəlir ki, ABŞ-də məni gözləyirdilər. "Green card" qazandığımı bilən dostlarım o dəqiqə zəng edib dedilər ki, "gəl biz səni burada necə lazımdır qarşılayacağıq". Sağ olsunlar, onların hamısına təşəkkür edirəm. 21 yaşa qədər düşür övladla ABŞ-yə gəlmək. Mənim böyük övladımın 31, oğlumun 29, digər oğlumun isə 26 yaşı var. Heç biri ilə gəlməmişəm. Tək həyat yoldaşımla gəlmişəm. 4 nəvəm var, onlar üçün çox darıxıram. 4-cü nəvəm ABŞ-də olanda dünyaya gəlib. Sosial şəbəkələrdə çox yazıb, soruşurlar ki, "biz necə gələk?". Deyirəm ki, "green card" udun, gəlin", - deyə müğənni bildirib. / oxu.az

Şou Biznes       Tarix: 12 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Pərvin Abıyeva ağır xəstəliyindən danışdı: '32 yaşımda düzgün diaqnoz qoyuldu

Aktrisa Pərvin Abıyeva keçirdiyi ağır xəstəliklə bağlı açıqlama verib. xəbər verir ki, aktrisa axlorhidriya xəstəliyindən əziyyət çəkdiyini və uzun illər düzgün diaqnoz qoyula bilmədiyini bildirib. "Bu əməliyyat Azərbaycand

Elnarə Abdullayevaya ağır itki

Əməkdar artist Elnarə Abdullayevanın qardaşı dünyasını dəyişib. Bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında yazıb. O, kədərini bu sözlərlə ifadə edib:. "Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifad

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

Oktay Kaynarcanın baş rolunu canlandıracağı "Hamal" serialının baş qadın obrazını kimin oynayacağı məlum olub. xəbər verir ki, yeni yayım mövsümündə "ATV" kanalında nümayiş olunacaq serialın baş qadı

50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram

"Bahalı brendə məxsus saata heç vaxt 50 min dollar vermərəm. Amma həyat yoldaşıma 50 min dollara zinət əşyası almaq mənim üçün asandır". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalaro

Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı

Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı açıqlama verib. Aktrisa bu barədə Nail Naiboğlunun "YouTube" kanalında yayımlanan müsahibəsində danışıb

Cici Hadidlə Bredli Kuper Parisdə - Fotolar

Məşhur supermodel Cici Hadidlə aktyor sevgilisi Bredli Kuper Fransaya yollanıb. xəbər verir ki, cütlük Paris küçələrində əl-ələ gəzərkən obyektivlərə tuş gəliblər. Qeyd edək ki, müğənni Zayn Malikdən ayrıldıqdan sonra Cicini

Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər

Kanada 2027-ci ildə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində ilk dəfə iştirak edəcək. xəbər verir ki, bu barədə "Avroviziya"nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Kanada 2015-ci ildə yarışmay

Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq

Türkiyənin məşhur "Aşk Tesadüfleri Sever" filminin üçüncü hissəsinin çəkilişlərinə 7 iyul tarixində start veriləcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin baş rollarında Mehmet Günsür və Devrim Özka

Saxlanılan Haluk Leventdən ilk açıqlama - 'Zaman hər şeyi göstərəcək

Türkiyədə istintaq çərçivəsində saxlanılan müğənni Haluk Levent sosial media hesabında paylaşım edərək haqqında yayılan iddialara münasibət bildirib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Levent şəxsi həyatı ilə Ahba


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabar valyuta mezenesi hava haqqinda son xeberler bugun