ABŞ-yə köçən Elariz Məmmədoğlu taksi fəaliyyəti ilə məşğul olur?

ABŞ-yə köçən Elariz Məmmədoğlu taksi fəaliyyəti ilə məşğul olur?"Mən 4 il, 4 aydır ki, Azərbaycanda deyiləm. Əlbəttə ki, respublikam və millətim üçün çox darıxıram. Azərbaycanda mənim varlığıma və sənətimə hər zaman diqqət olub. Hər zaman konsertlərə, toylara, şoulara dəvət almışam. Hər an millətim, respublikam, qohumlarım, dostlarım və sənət yoldaşlarım fikrimdədir. Mən ölkəni tərk etməmişəm. Sadəcə "green card" lotereyanı qazandım və bu şansdan istifadə etdim. Ürəyim hər an Bakı ilədir".
azxeber.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu deyib.
"Hər dəfə ayağa qalxıram ki, Bakıya gedim, tərslikdən ayrı-ayrı ştatlardan 10-12 toy gəlir, mən də təyyarəyə minib, işimin arxasınca gedirəm. Mənim xoşbəxtliyim ondadır ki, ABŞ-də da öz işimlə məşğulam. Hər dəfə sənətimlə müvəffəqiyyət qazananda oxuduğum 16 nömrəli musiqi məktəbini, həmin məktəbdə solisti olduğum xor dərnəyini, vokal dərsi aldığım müəllimləri, Mədəniyyət və İncəsənət Universitetini, aktyor-rejissor pedaqoqlarımı, Hüseyn Cavid adına 132 nömrəli məktəbin müəllimlərini, idmanla məşğul olduğum OİK-i, İçərişəhərin küçələrini minnətdarlıq hissi ilə xatırlayıram. ABŞ-də Azərbaycan dilində mahnılarımı oxuyanda ingilislər də rəqs edirlər. Çünki, musiqinin dili yoxdur. Yeni gəlmişdim, restoranda "Azəri torpağı" mahnısını ifa edirdim. Bir də gördüm ki, azərbaycanlılarla bərabər, həm də xaricilər rəqs edirlər. Bundan böyük xoşbəxtlik ola bilərmi?", - deyə sənətçi bildirib.
Müğənni "Elariz ABŞ-də taksi fəaliyyəti ilə məşğuldur" başlıqlı çıxan xəbərlərə də münasibət bildirib.
"2023-cü ilin əvvəlindən mənim "ABŞ-dən salam" adlı albomum çıxıb. Əgər taksi fəaliyyəti ilə məşğul olsaydım, ən azı 10 mahnını yazdıra bilərdim?! Sensasiya xatirinə yazılan yazıları bəzi sayt müxbirləri çörək qazanmaq üçün edirlər. Eybi yox, təki mənim adımla ailələrinə ruzi aparsınlar. Axı onların da yaşamaq haqqı var", - deyə sənətçi deyib.
Elariz Məmmədoğlu bildirib ki, tək həyat yoldaşı ilə ABŞ-yə gedib.
"Mənə elə gəlir ki, ABŞ-də məni gözləyirdilər. "Green card" qazandığımı bilən dostlarım o dəqiqə zəng edib dedilər ki, "gəl biz səni burada necə lazımdır qarşılayacağıq". Sağ olsunlar, onların hamısına təşəkkür edirəm. 21 yaşa qədər düşür övladla ABŞ-yə gəlmək. Mənim böyük övladımın 31, oğlumun 29, digər oğlumun isə 26 yaşı var. Heç biri ilə gəlməmişəm. Tək həyat yoldaşımla gəlmişəm. 4 nəvəm var, onlar üçün çox darıxıram. 4-cü nəvəm ABŞ-də olanda dünyaya gəlib. Sosial şəbəkələrdə çox yazıb, soruşurlar ki, "biz necə gələk?". Deyirəm ki, "green card" udun, gəlin", - deyə müğənni bildirib.

Şou Biznes       Tarix: 12 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun hava haqqinda enson xeberler sonxeberler