ABŞ Yunanıstanda kəşfiyyat dronları yerləşdirdi - SAVAŞA HAZIRLIQ?
ABŞ səkkiz "MQ-9 Reaper" pilotsuz kəşfiyyat-zərbə aparatını Yunanıstanın Larisa şəhəri yaxınlığındakı hərbi bazasında yerləşdirib.
KONKRET.azxəbər verir ki, bu barədə "EPT1" telekanalı Yunanıstanın Milli Müdafiə Baş Qərargahına istinadən məlumat yayıb:
"Noyabrın 12-də Larisa aviabazasında xidmət personalı ilə birlikdə 8 ABŞ "MQ-9 Reaper" dronu yerləşdirilib. Yerdəyişmə Yunanıstan Silahl Qüvvələrinin dost və müttəfiq ölkələrlə beynəlxalq əməkdaşlığının həyata keçirilməsi, habelə Amerika hökümət orqanları ilə sıx qarşılıqlı əlaqəsinin bir hissəsidir".
Bildirilib ki, dronlar bazada bir il qalacaq.
Qeyd edək ki, 2019-cu ilin oktyabrında Yunanıstan və ABŞ 1990-cı ildə bağlanmış müdafiə sahəsində əməkdaşlıq sazişinə düzəlişlər edib. İki ölkə 14 oktyabr 2021-ci ildə Vaşinqtonda müdafiə sazişinə düzəlişlər edən ikinci protokol imzalayıb. Buna əsasən, ABŞ-ın dörd hərbi bazası siyahısına dörd yeni obyekt əlavə edilib. Ümumiyyətlə, son dövrlər Türkiyə və Yunanıstan arasında vəziyyət gərgin olaraq qalmaqdadır. Hətta dünya güclərinin Ukraynada sülhə nail olandan sonra qaynar nöqtəni Egey dənizinə köçürəcəkləri ehtimal olunur.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü