Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"
"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədən həll edilsin".
KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, Azərbaycan heç vaxt güc yoluna üstünlük verməyib:
"2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı da bunun əksini göstərən hadisə deyildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti təxminən üç il gözləyib və qarşı tərəfə, eləcə də onu himayə edən qüvvələrə məsələlərin sülh yolu ilə həlli üçün imkan yaradıb. Amma həmin dövrdə Qarabağdakı separatçı qüvvələr hərbi potensiallarını artırmağa, silah-sursat toplamağa və yeni hərbi birləşmələr formalaşdırmağa çalışırdılar. Azərbaycan hesab edirdi ki, bu proses yeni müharibə təhlükəsini artırır. Bu vəziyyət qarşısında ölkəmiz antiterror əməliyyatı keçirməyə məcbur olub".
Siyasi şərhçi qeyd edib ki, əməliyyatın başlanmasından qısa müddət sonra qarşı tərəf atəşin dayandırılması və silahı yerə qoyması ilə bağlı razılığa gəlib:
"Əgər məsələnin dinc yolla həlli mümkün olsaydı, hərbi gücə müraciət edilməsinə ehtiyac qalmazdı. Çünki müharibə və hərbi əməliyyatlar insan itkilərinə səbəb olur və hər iki tərəf üçün ağır nəticələr yaradır. Həmin əməliyyat zamanı şəhidlər verdik. Onların canı və qanı bahasına Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm nəticə əldə edib.
Beləliklə, antiterror əməliyyatı Azərbaycanın həm diplomatik, həm də hərbi imkanlarını, eləcə də dövlət olaraq təhlükəsizliyini təmin etmək əzmini bir daha nümayiş etdirdi".
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı