Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – "Nə əlaqə telefonu, nə də internet səhifəsi var…

Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – Abşeron Rayon İcra Hakimiyyəti rayonda abadlıq işləri ilə bağlı tenderə yekun vurub. 
azxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "Proqress İnşaat En" MMC seçilib. Abadlıq işlərinə 353 643,29 manata xərclənəcək. 
Abşeron Rayon İcra Hakimiyyəti ötən il də rayon abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı tender keçirib. Həmin tenderin də qalibi "Proqress İnşaat En" MMColub. Tərəflər arasındakı satınalma müqaviləsinin maliyyə dəyəri isə 1 316 607,1 manat təşkil edib. 
Beləliklə, aydın olur ki, ötən il Abşeronda abadlıq işlərinə 1,3 milyon manat xərcləyən icra hakimiyyəti cari ildə də abadlıq işlərinə ehtiyac duyub. Bu zərurətin səbəbi aydın deyil. Əgər abadlıq işlərinin keyfiyyətində problem varsa, o zaman layihə niyə yenidən eyni şirkətə tapşırılıb? Yox əgər abadlıq işləri lazimi səviyyədə həyata keçirilbsə, növbəti tenderə niyə ehtyac yaranıb?
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – Başqa bir qaranlıq məqam "Proqress İnşaat En" MMC ilə bağlıdır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Proqres İnşaat En" MMC vaxtaşırı Abşeron Rayon İcra Hakimiyyətinin tenderlərini qalibi seçilir. Bu tenderlər əsasən abadlıq və təmir işləri ilə əlaqədar keçirilib. 
Ötən il "Proqress İnşaat En" MMC Abşeron Rayon İcra Hakimiyyətindən 2 760 240,05 manatlıq sifariş alıb. Bu vəsait Abşeronda abadlıq işlərinə və yollarına təmirinə ayrılıb. 
Bundan başqa, şirkət ötən il Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər üzrə Nümayəndəliyinin də keçirdiyi tenderin qalibi seçilib. Həmin tender Xırdalanda yolların təmiri ilə bağlı keçirilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 1 479 841,21 manat olub. 
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – Yeri gəlmişkən, şirkət hətta Abşeron Rayon İcra Hakimiyyətinin bayram tədbirlərinin keçirilməsi ilə bağlı elan etdiyi müsabiqənin də qalibi seçilib.
Maraqlıdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin milyonluq tenderlərinin qalibi seçilən "Proqress İnşaat En" MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə telefonlarına, nə internet səhifəsinə rast gəlinir. 
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Proqress İnşaat En" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29 noyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğludur. 
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – Mediada gedən məlumatlara görə, "Proqress İnşaat En" MMC Şirinov Eldar Bəhlul oğlu tərəfindən təsis edilib. İddialara görə, Eldar Şirinov Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsidir. Bəlkə də bu səbəbdən "Proqress İnşaat En" MMC Abşeron Rayon İcra Hakimiyyətinin sevimli şirkətinə çevrilib. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

İqtisadiyyat       Tarix: 13 may 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az