Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLAR

Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvü Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov, şəhid ailələri və rayonun təhsil ocaqlarının əməkdaşları iştirak edib.
azxeber.com xəbər verir ki, iştirakçılar əvvəlcə Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər. 
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lİder Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil işçilərini təbrik edərək ölkəmizdə, o cümlədən Abşeron rayonunda görülən işlərdən söz açıb. RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Abdin Fərzəliyev bildirib ki, ölkədə təhsil sektorunun inkişaf etdirilməsi dövlətin prioritet sahələrindəndir. Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək xalqımız tərəfindən böyük rəğbət və sevgi ilə qarşılanır.
Daha sonra çıxış edən Milli Məclisin üzvü Rizvan Nəbiyev bildirib ki, ölkəmizdə təhsil sektorunda həyata keçirilən islahatlar öz müsbət nəticələrini verir və bu sahədə əldə olunan uğurlar bundan sonra da davam edəcək. Qeyd edilib ki, təhsil sahəsində çalışanlarıln sosial durumlarının yaxşılaşdırılması, yeni məktəb və uşaq bağçalarının tikilərək istifadəyə verilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxış edərək rayonda təhsilin inkişafı sahəsində qazanılmış uğurlardan, təhsilin keyfiyyətini yüksəltmək istiqamətində, o cümlədən qarşıda duran vəzifələrdən danışıblar. 
Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə və Abşeron rayonu Şəfəq qəsəbəsində fəaliyət göstərən körpələr evi-uşaq bağçasına Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Sonda Abşeron rayon orta ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri tərəfindən hazırlanan bədii hissə təqdim olunub. 
Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLARAbşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLAR

Sosial       Tarix: 05 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qara qızıl ucuzlaşdı

Dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. xəbər verir ki, Londonun ICE birjasında ticarət zamanı "Brent" markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçerslərinin qiyməti 1,78 faiz ucuzlaşaraq bi

Gürcüstanda oxumaq üçün qaydalar dəyişir

Gürcüstan hökuməti ölkə universitetlərinə xarici vətəndaşların qəbulu üçün kvota tətbiq edəcək və təhsil prosedurlarını müəyyən edəcək. "Sputnik Georgia"ya istinadən xəbər verir ki, hazırda Gürcüstan parlament

Göygöldə 2 uşaq göldə boğularaq ölüb

Göygöl rayonunda 2 nəfər göldə boğularaq ölüb. 2 nəfərin göldə çimən zaman batdığı bildirilir. Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb. İlki

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Sosial şəbəkələrdə anonim hesabların artması ilə birlikdə təhqir və böhtan xarakterli paylaşımlar da daha geniş yayılmağa başlayıb. İstifadəçilər çox vaxt kimliyini gizlədərək digər şəxslərə qarşı təhqiramiz ifadələr işlədir

"WhatsApp" ödənişli olur? - Yeni abunə xidməti istifadəyə verildi

"WhatsApp" yeni ödənişli abunə xidməti – "WhatsApp Plus"ı istifadəyə verib. xəbər verir ki, yeni paket istifadəçilərə tətbiqi daha geniş şəkildə fərdiləşdirmək imkanı yaradır. . "WhatsApp Plus"

Bu şəxslər hərbi xidmətə aparılmır

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edir. bildiri

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının 20-də respublika üzrə pensiyaları

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntülər meherremlik 2026 valyuta mezennesi banklar bugun xeberler