Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLAR

Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, ümumilikdə rayonun 15 kənd və qəsəbəsində növbəti səyyar qəbullar keçirilib. Qəbullarda RİH-nin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və sakinlər iştirak ediblər.
Qəbullarda Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində xalqımızın qazandığı şanlı qələbədən, o cümlədən Qarabağda cəmi 24 saat çəkən uğurlu antiterror tədbirlərindən danışaraq, sülhün əldə olunması istiqamətində ölkəmizin çox mühüm diplomatik uğurlar əldə etdiyini, soydaşlarımızın öz yurdlarında firavan həyatlarını yaşamağa başladıqlarını vurğulayıb.
O cümlədən qeyd edilib ki, vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizin ailə üzvləri daima diqqət mərkəzində saxlanılıb, şəhidlərimizin və onların əmanətləri olan övladlarının doğum günlərində şəhid ailələri RİH başçısı tərəfindən davamlı olaraq ziyarət olunub.
Sonra Abşeron rayonunda görülən işlərdən, həyata keçirilən infrastruktur layihələr barəsində ətraflı məlumat verən RİH başçısı rayonun kənd və qəsəbələrinin mövcud problemlərinin həlli istiqamətində müvafiq addımların atıldığını söyləyib. 
Qeyd edilib ki,  həyata keçirilən quruculuq-abadlıq işləri çərçivəsində rayonun kənd və qəsəbələrində vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn sakinlərimizin adlarını daşıyan küçələr, o cümlədən yaşayış məntəqələrinin əsas yollarına asfalt örtüyü çəkilib. Belə ki, Novxanı kəndində Vətən Müharibəsi şəhidi Useynov Ceyhun Elşad oğlunun adını daşıyan küçəyə 1458 m2 asfalt vurulub. 21 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olmuş Ramil Rəhimovun əvvəllər yaşadığı Ceyranbatan qəsəbəsi Nəriman Nərimanov küçəsinə 1500 m2 asfalt örtüyü salınıb. O cümlədən, Görədil kəndində də Ağaəli Məşədioğlu küçəsinə 1220 m2, Mehdiabad qəsəbəsində isə  İsmayıl Şıxlı küçəsi 540 m2, Əlabbas İsgəndərov küçəsində 600 m2, Sülh küçəsində 2630 m2 asfalt çəkilib. Məlumat üçün bildirək ki, ötən il təkcə Xırdalan şəhərində Aida Qəhrəmanova, M.S.Ordubadi və Qarabağ küçələri də daxil olmaqla ümumilikdə 19 küçəyə asfalt örtüyü çəkilib. Cari ildə isə Xırdalan şəhərinin Mübariz İbrahimov, Qasım bəy Zakir və Həzi Aslanov küçələri də daxil omaqla ümumilikdə 37 küçə asfalalanacaqdır. Bu qəbildən olan işlər Abşeron rayonun digər kənd və qəsəbələrində də həyata keçirilməkdədir. 
Bildirilib ki, Abşeron rayonunda ümumilikdə 2500-ə yaxın küçə vardır. Son 2 il ərzində Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü və aidiyyatı qurumların dəstəyi ilə rayon ərazisində 50 km-ə yaxın yol asfaltlanıb. Hazırda RİH-in müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Saray qəsəbəsində 2 kilometr uzunluğunda olan Mikayıl Müşfiq küçəsində asfalt örtüyünün döşənməsi istiqamətində hazırlıq işləri aparılır. Növbəti mərhələdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 41 küçənin asfaltlanması nəzərdə tutulur. O cümlədən, RİH tərəfindən də 30-a yaxın küçənin də asfaltlanması planlaşdırılıb. Asfaltlanma və yolların bərpası işləri zamanı şəhidlərimizin adlarını daşıyan, şəhid ailələrinin yaşadığı və sakinlərin intensiv istifadə etdiyi  küçələr prioritet olaraq götürülür.
Vuğulanıb ki, uzun müddət ərzində Xırdalan şəhərinin bir neçə prospekt və küçəsində küçə işıqları ilə bağlı problemlər mövcud olub. RİH tərəfindən aparılmış monitorinq nəticəsində küçə işıqlandırması şəbəkəsinin bir çox hissələrində kabellər və texniki avadanlıqların oğurlanması, əksər texniki hissələrinin isə istismar müddətini başa vurduğu aşkar edilmişdir. Son 2 il ərzində şəhərin bir çox küçələrində, parklarda və məhəllələrdə küçə işıqlandırması bərpa olunur. Belə ki, artıq şəhərin Heydər Əliyev prospektinin böyük hissəsi, M.Ə.Rəsulzadə, Səttar Bəhlulzadə, Vəli Axundov, Nizami, 20 Yanvar, Şıxəli Qurbanov, Səməd Vurğun, Mirəsədulla Mirqasımov küçələrində, "Misir Parkı", şəhərin 28-ci məhəlləsində yerləşən "Ana və uşaq Parkı" və bir neçə məhəllədə küçə işıqları tam bərpa edilib və əlavə olaraq 142 ədəd işıqlandırma dirəkləri quraşdırılıb.  
Cari ilin ilk 9 ayı ərzində Xırdalan şəhərinin park və xiyabanlarında, o cümlədən məhəllə və küçələrində 201 ədəd oturacaq və 21 ədəd müasir standartlara cavab verən söhbətgah quraşdırılıb, 2472 m2  tamet daşı döşənib. Bundan əlavə, 3578 m bardür (səki daşı) və 50 ədəd idman qurğuları quraşdırılıb. Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında cari ildə Bakı Abadlıq İdarəsi tərəfindən rayon ərazisində 111 kilometr uzunluğunda olan 86 küçəyə gecə işıqlandırılması çəkilib. Növbəti mərhələdə isə 172 kilometr uzunluğunda, ümumilikdə 233 küçənin gecə işıqlandırılması ilə təmin olunması planlaşdırılıb. 
Qeyd edilib ki, Abşeron rayonunda məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, bu sahədə maddi-texniki bazasının gücləndirilməsi, şəhərsalma prinsipləri əsasında kənd və qəsəbələrdən tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi işinin müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra proqramlar həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq cari ilin ilk 9 ayı ərzində 3 xüsusi  avtomobil gətirilərək istifadəyə verilib. Eyni zamanda məişət tullantılarının yığılması üçün 1000 ədəd konteyner alınaraq müəyyən olunmuş yerlərə düzülüb. Yeni xüsusiləşmiş avtomobillərin gətirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLARAbşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 01 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı xeber.az son xeberler krimnal bugun son.xabar