Abşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLAR

Abşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Abşeron rayonunda mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir. Keçirilən qəbulların məqsədi sakinləri narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların üzləşdikləri problemləri vaxtında aradan qaldırmaqdır. Görüşlərdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak ediblər. 
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan şanlı zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, şəhərlərə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, Vətən Müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən ətraflı bəhs edən Abdin Fərzəliyev əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən söz açıb. O cümlədən, Abşeron rayonunda görülən işlər, həyata keçirilən infrastruktur layihələri barəsində ətraflı məlumat verərək kənd və qəsəbələrinin mövcud problemlərinin həlli istiqamətində müvafiq addımların atıldığını söyləyib. 
Bildirilib ki, son üç ay ərzində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Parkda cari təmir işləri aparılıb, yaşıllıq zonaları bərpa edilib. Şəhərin Nəsibə Zeynalova küçəsində abad məhəllə yaradılıb, burada həyətyanı sahə mişar daşı ilə əhatəyə alınıb, aqlay daşı ilə üzlənib, tamet daşı döşənib, sakinlər üçün söhbətgah və uşaqlar üçün idman qurğuları quraşdırılıb, gecə işıqlandırılması üçün dirəklər quraşdırılıb, əraziyə oturacaq və məişət tullantıları üçün konteynlər düzülüb. Xırdalan şəhərində 4 binanın ümumi sahəsi 5400 kv.m olan dam örtüyü yenilənib, 3 binanın giriş və pilləkən qəfəslərində təmir-abadlıq işləri aparılıb. Mehdiabad qəsəbə Parkında yerləşən Şəhidlər Xatirə Kompleksində əsaslı təmir işləri aparılıb, Kompleksin, o cümlədn parkın bütün ərazisi gecə işıqlandırılması ilə təmin edilib. Həmçinin, Ceyranbatan qəsəbəsində yerləşən parkda cari təmir-abadlıq işləri aparılmış, söhbətgah və oturacaqlar yenilənmiş, yaşıllıqlar artırılmışdır. 
Abşeron rayonunun bütün kənd və qəsəbələrində məişət tullantıları üçün xüsusi ərazilər ayrılıb, həmin yerlər mişar daşı ilə əhatələnib, abadlaşdırılıb və yeni konteynerlərlə təmin olunub. Masazır və Mehdiabad qəsəbəsinin bir neçə küçəsi kanalizasiya xətti ilə təmin olunub. Rayon ərazisində avtomobil axınının tənzimlənməsi məqsədi ilə sakinlərin müraciəti əsasında 5 yeni işıqfor və surət ölçən radarlar quraşdırılıb. Yağış və qrunt sularının axıdılması məqsədilə Saray və Qobu qəsəbəsində ümumi uzunluğu 450 metr olmaqla yerüstü və yeraltı kanal çəkilib. Son 3 ayda rayon ərazisində 1000-dən çox həmişəyaşıl ağac əkilib. Ümumilikdə son bir neçə ay ərzində rayon üzrə 14 küçə, ümumilikdə 16 kilometrə yaxın ərazi asfaltlanıb, 27 küçə abdalaşdırılıb, müxtəlif materiallar tökülərək yayılaraq sakinlərin istifadəsinə verilib. 
Vurğulanıb ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında ötən il Bakı Abadlıq İdarəsi tərəfindən rayon ərazisində 111 km uzunluğunda olan 86 küçəyə gecə işıqlandırılması çəkilib. Cari ildə isə 200 km uzunluğunda, ümumilikdə 233 küçənin gecə işıqlandırılması ilə təmin olunması planlaşdırılıb. 
O cümlədən bildirilib ki, Rayon İcra Hakimiyyəti tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla, "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi"nin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. 
Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Abşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 24 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün ən son xəbərlər bugün xəbərlər