Abşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıq

Abşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıqBu gün Azərbaycanda Qafqazın ən böyük tikinti materialları bazarı - Abşeron Tikinti Materialları Mərkəzinin açılışı olub.  
azxeber.com xəbər verir ki, mərkəz Qaradağ rayonu, Lökbatan qəsəbəsində 255 hektarlıq ərazidə 1000-dən çox mağazanı əhatə edir. 
Bu nəhəng mərkəzin açılmasında məqsəd ölkədə və regionda inşaat sahəsində insanların ehtiyaclarını qarşılayacaq sənayeləşmiş zonanın yaradılmasıdır. Yeni açılışı olan mərkəzdə tikinti materiallarının satışı ilə yanaşı inşaat sektorunda lazım olan istehsalat bölmələrinin də yaradılması nəzərdə tutulur. 
Mərkəzdə təmsil olunan 200 şirkət nümayəndəsinin iştirakı ilə açılış lenti kəsilib. Abşeron Tikinti Materialları Mərkəzinin direktoru Anar Bədəlov yaxın bir neçə il ərzində burada sənaye məhəlləsinin yaradılacağını deyib: "Abşeron Tikinti Materialları Mərkəzininin bünövrəsi 2020-ci ildə qoyulub. O vaxt bütün bu ərazilər qamışlıq idi. Artıq bizim layihəmiz gerçəkləşib. Biz hazırda 55 hektarın açılışını edirik. 2-3 ildən sonra - 2 və 3-cü fazalar da bitəndən sonra burada sənaye məhəlləsi olacaq. Mərkəz ümumilikdə mindən çox mağazalardan ibarətdir. Bizim əsas məqsədimiz odur ki, Bakının mərkəzi hissələrindən, tıxac olan yerlərdən tikinti inşaat bazarlarını bura dəvət edək. Çünki burada logistika da uyğundur. Cənuba, qərbə, şimala gedən yollarımız var. Biz sahibkarlara tam təmirli, optik internetli, istilik sistemli, sanitar qovşaqlı obyektlər veririk. Bununla yanaşı icarə verdiyimiz mərkəzlərin ilk 6 ayını təmənnasız icarəyə veririk. Daha sonra şirkətlərlə müqavilə bağlayırıq.".
Abşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıqAçılış tədbirində çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da bu bazarın açılışını çox yüksək qiymətləndirərək dövlət başçısı həmişə iş adamlarıma dəstək olduğunu bildirib. İcra başçısı həmçinin belə bir mərkəzin açılışı da həmin qayğının nəticəsi olduğunu da dilə gətirib. 
Abşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıqKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov mərkəzin tezliklə canlanacağını dilə gətirib: "Dövlətimiz hər zaman sahibkarların yanındadır. Onlar müxtəlif sahələrdə dəstək verilir.  Bu gün gözəl bir mərkəzin açılısı baş tutdu. İnanıram ki bir neçə aydan sonra bu mərkəzin canlanmasının şahidi olacağıq". 
Abşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıqTədbirdə qeyd olunub ki, mərkəzdə müştərilərin rahat alış-veriş etməsi üçün xidmət sektoru da fəaliyyət göstərəcək. Layihədə həmçinin, bank, gömrük xidməti kimi inzibati idarələrin və gələn qonaqların rahatlığını təmin etmək üçün hotel, avtodayanacaq, kafe-restoran, market tipli obyektlərin inşası planlaşdırılıb.
Mərkəzin bazar hissəsinin inşası 3 hissədən ibarətdir. I hissə və ümumilikdə 55 ha sahənin inşası artıq tamamlanıb. Bura "Elit", "Prestij", "Qarışıq" sırası və "Açıq" ərazisindən ibarətdir.  "Elit" cərgə 21 korpus daxil olmaqla 420 mağazadan ibarətdir. "Prestij" sırasına 124, "Qarışıq" sırasında isə 233 mağaza yerləşir. "Açıq" əraziyə gəldikdə isə burada 658 satış nöqtəsinin fəaliyyəti nəzərdə tutulub. Bu sırada ölkənin iri taxta, alçıpan, metal, mərmər idxalçıları və istehsalçıları fəaliyyət göstərir. 
Abşeron Tikinti Materialları Mərkəzindəki mağazaların sahəsi 42 kv metrdən başlayaraq 400 kv metrədək dəyişir. Bundan başqa müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar müştərilərin xidmətinə verilir. Mərkəzin əsas özəlliklərindən biri isə bazarda yerləşəcək şirkətlərin ilk 6 ay icarə haqqından azad olunmasıdır. Həmçinin, müştərilərə təklif olunan icarə qiymətləri isə bugünkü bazar qiymətlərinə görə daha ucuzdur. 
Bazarda məhsulların saxlanması üçün xüsusi anbarlar mövcuddur.  Anbarlar kimyəvi (azot, gübrə, boya və s.) tibbi və normal tipli bölmələrdən ibarətdir. Burada anbarların sahəsi minimum 200 kv metrdən başlayır və 800 kv metrədək dəyişir.  Mərkəzin anbar bölməsinin ümumi sahəsi 60000 kv metrdir. Mərkəzinin Qaradağ bölgəsində yerləşməsi onu logistika baxımından da üstünlüyünü göstərir. Bazarın yerləşdiyi mövqe baxımından cənub istiqamətindəki ətraf rayonlara bundan əlavə, şimal, qərb və şimal-qərb istiqamətində hərəkət edən yük avtomobilləri üçün rahat giriş-çıxışın olması, Bakı Baş Gömrük İdarəsi, İpək Yolu gömrük terminalı, Abşeron Logistika gömrük xidməti və Abşeron Dəmiryolu Stansiyasına yaxınlığı müştərilərimizin mallarını rahat, təhlükəsiz və sürətli daşınmasına şərait yaradacaq. 
Qeyd edək ki, Abşeron Tikinti Materialları Mərkəzinin unikallığı həm də onun logistika imkanları ilə bağlıdır. Belə ki, alınan yükün çatdırılması, boşaldılması, daşınma təhükəsizliyinin qorunması kimi mütləq amillər bu mərkəz üçün prioritetdir. Burada tikinti məhsullarının mərkəzdən birbaşa istənilən ünvana çatdırılmasını təmin edən geniş şəbəkəli, böyük işçi qüvvəsinə malik ödənişli olmaq şərtilə mərkəzin ayrıca logistika xidmətini istifadəyə veriləcək. Abşeron Tikinti Materialları Mərkəzində qeyd olunan xidmətləri həyata keçirmək üçün müasir standartlara cavab verən şərait yaradılır.
Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57
E-mail: [email protected]
Tel.: (012) 525 90 90 
Mob.: (050) 241 67 67
*6767
Abşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıqAbşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıqAbşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıqAbşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıqAbşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıqAbşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıqAbşeron tikinti mərkəzinin rəhbəri: '6 ay icarə haqqı almayacağıq

İqtisadiyyat       Tarix: 29 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbərlər meherremlik 2026 sonxeber az bugünkü son xəbərlər