Abşeronda Birinci Qarabağ Müharibəsi şəhidləri dəfn edildilər - FOTOLAR
Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbə Qəbiristanlığında Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş 4 hərbçimizin nəşi dəfn olunub.
Qeyd edək ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan şəxslərdən 4 nəfərin - şəhid Camalov Elman Hüseyn oğlu (23.06.1970-26.01.1992), şəhid Əbilov Əbülfəz Əbülfət oğlu (12.02.1961-19.01.1994), şəhid Şirinov Tahir Şirin oğlu (23.08.1959-23.10.1993) və şəhid Hüseynov Cavanşir Ərşad oğlu (15.07.1960-23.10.1993) olduğu müəyyənləşib.
Araşdırmalar zamanı kimlikləri müəyənləşdirilən şəhidlərimizin dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, rayonun hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib. Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni səslənib, yaylım atəşi açılıb, dualar oxunub.
Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Dəfn mərasimində şəhid ailələri vurğulayıblar ki, hər zaman əzizlərinin məzarının və ziyarət yerlərinin olmasını arzulayıblar. Bu arzularına çatdıqlarına, şəhidlərinin nəşinin tapılaraq gətirilib dəfn edilməsinə və dövlətimiz tərəfindən şəhid ailələrinə daimi diqqət və qayğının göstərildiyinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.







/ azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat