Abşeronda COVİD-19 əleyhinə növbəti genişmiqyaslı reyd keçirilib - FOTO
Abşeron rayonunda COVİD-19 əleyhinə həyata keçirilən maarifləndirmə tədbirləri bu gün də davam etdirilib. Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində Rayon İcra Hakimiyyətinin əməkdaşlarından, bələdiyyə və nümayəndəliklərin üzvlərindən, polis əməkdaşlarından və könüllülərdən ibarət yaradılan mobil qruplar tərəfindən gündəlik olaraq parklarda, fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi ərazilərdə təbliğat işləri həyata keçirilir.
Mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparıb, sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Burada məqsəd karantin qaydalarına ciddi əməl etməyi təşviq etmək, yarana biləcək ehtiyatsızlığı aradan qaldırmaq, COVİD-19 virusunun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.
Reyd zamanı karantin qaydalarını pozan şəxlər müəyyən edilərək qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Təbliğat və reydlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.




/open.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı