Abşeronda "Prius"un sürücüsü bina sakinini ailəsinin gözü qarşısında döydü

Abşeronda Abşeron Rayon Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zəfər Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, şirkətlərdən birinin yaşayış kompleksinin həyətində qeydə alınıb.
Belə ki, Zəfər Qafarov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yaşayış kompleksinin həyətinə daxil olub. Bu zaman həmin həyətdə yaşayan zərərçəkmiş Layiq Qədimov (şərti) təqsirləndirilən şəxsə yaxınlaşıb avtomobili yaşayış kompleksinin həyətində uşaqların oynadığı yerdə park etməməsini xahiş edib. Zəfər isə zərərçəkmiş şəxsə kobud cavab verib və onların arasında mübahisə yaranıb. Daha sonra təqsirləndirilən şəxs hər kəsin yanında Layiqə nalayiq ifadələr işlədib, xuliqanlıq niyyəti ilə qəsdən yumruqla onun sifətinə bir neçə dəfə zərbə vurub. Zərbənin təsirindən zərərçəkmiş yerə yıxılıb. Nəticədə Zəfər Layiqə bədən xəsarətləri yetirib.
Hadisədən sonra Layiq Qədimov DİN-nin "102 xidməti"nə zəng edərək bu barədə məlumat verib.
Polis əməkdaşları tərəfindən saxlanılan Zəfər Qafarov barəsində Cinayət Məcəlləsinin xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittiham irəli sürülüb.
Xatırlatma: Hadisə zamanı Layiq Qədimovun həyat yoldaşı və iki azyaşlı övladı yanında olub.//Pravda.az

Hadisə       Tarix: 01 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az