Abşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLAR

Abşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLARAbşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 33-cü ildönümü dərin ehtiramla yad edilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Xırdalan səhərində Şəhidlər abidəsini ziyarət edərək şəhidlərimizin xatirələrini ehtiramla yad etmişlər. 
Daha sonra Heydər Əliyev Mərkəzində "Ümummilli Lider Heydər Əliyev və 20 Yanvar həqiqətləri" mövzusunda davam edən anm tədbirində Ümummilli Liderin və ölkəmizin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni oxunmuşdur.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, 20 Yanvar faciəsi zamanı qəddar Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. Qeyd edilmişdir ki, bu faciəyə aparan yol hələ 1987-ci ildən başlanıb. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı bir zamanda gərginlik artan xətt üzrə inkişaf etmiş və bilərəkdən artırılmışdır. Sovet rəhbərliyi isə gərginliyin qarşısını almaq istiqamətində nəinki tədbirlər görməyə çalışmış, əksinə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmağımıza görə Azərbaycanı cəzalandırmaq yolunu tutaraq Qanlı Yanvar qırğınını törətmişdir. 
RİH başçısı qeyd etmişdir ki, faciədən dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi iradə nümunəsi göstərmiş, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdir. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində də çox mühüm addımlar atmışdır. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etmiş, 1998-ci ildə isə "20 Yanvar Şəhidi" fəxri adı təsis olunmuşdur. Məhz Ümummilli Liderin  sayəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarlar üzə çıxmışdır. 
RİH başçısı bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Qeyd edilmidşir ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onlar həyatlarının hər bir anında bu diqqət və qayğını hiss etməkdədirlər. 
Daha sonra çıxış edən "20 Yanvar Cəmiyyəti"nin Abşeron Rayon Şöbəsinin sədri Eyşan İsgəndərov, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova,  Vətən Müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov bildirmişlər ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsi təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur. Çıxış edənlər həmçinin şəhid ailələrinə və qazilər göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
Abşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLARAbşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLARAbşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLARAbşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLARAbşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLARAbşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLARAbşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLARAbşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLARAbşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLARAbşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 20 yanvar 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri krimnal bugun cəbhədən son dəqiqə son xeber az