ABŞ–İran Danışıqları: Tehran Trampı tələyə salmağa çalışır? – ŞOK DETALLAR

ABŞ–İran Danışıqları: Tehran Trampı tələyə salmağa çalışır? – ŞOK DETALLARABŞ və İran arasında Maskatda keçirilən danışıqlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
KONKRET.azxəbər verİr ki, mövzu ilə bağlı açıqlama verən tanınmış iranlı politoloq, Parisdəki Amerika İqtisadiyyat Məktəbinin professoru Həsən Mansur bildirib ki, Tehran hazırkı danışıqlarda əsasən vaxt qazanmağa çalışır.
Onun sözlərinə görə, İran hakimiyyəti düşünülmüş diplomatik manevrlər vasitəsilə ABŞ prezidenti Donald Tramp üçün xüsusi "tələ" qurur və paralel olaraq nüvə klubuna daxil olmaq yolunda geri dönməz addımlar atmağa davam edir.
Ekspert qeyd edib ki, Tehranın ikinci əsas məqsədi ölkə daxilindəki yorğun və narazı əhalini ruhdan salmaqdır. Hakimiyyət beynəlxalq arenada yenidən legitimlik qazandığı görüntüsünü yaratmaqla, cəmiyyətdə real dəyişikliklərlə bağlı gözləntiləri zəiflətməyə çalışır.
Həsən Mansurun fikrincə, üçüncü məqsəd isə regional xarakter daşıyır. Daxildə baş verən repressiyalara və insan itkilərinə baxmayaraq, İran hakimiyyəti özünü güclü və davamlı göstərməyə çalışır. Bununla da qonşu ölkələrə "hələ də güclü aktoruq" mesajı verir.
ABŞ-ın yeni diplomatik mövqeyini şərh edən ekspert bildirib ki, Tramp artıq İranla bağlı bəyanatlarına görə müəyyən siyasi itkilərlə üzləşib. Onun sözlərinə görə, Tramp iranlılara "irəli gedin, kömək yoldadır" mesajı verməklə riskə gedib. Lakin Mansur hesab edir ki, ABŞ prezidentinin hazırda İran hakimiyyətinin "atdığı yemə" aldanması ehtimalı azdır.
Ekspert əlavə edib ki, Tramp administrasiyası İranda alternativ daxili güc axtarışındadır. Məqsəd daha az xərcli və nəzarət edilə bilən keçid prosesini təmin etməkdir. Əgər Vaşinqton bu cür qüvvəni etibarlı hesab etsə, onunla əməkdaşlığa gedə bilər. Əks halda isə hərbi qarşıdurma ehtimalı artacaq.
Bu arada İranın xarici işlər naziri Abbas Araqçi danışıqların bir neçə mərhələsindən sonra bildirib ki, ABŞ-la müzakirələr "yaxşı başlanğıc"la start götürüb. Lakin o vurğulayıb ki, prosesin davamı tərəflərin paytaxtlarında aparılacaq məsləhətləşmələrdən asılı olacaq.
Nazirin sözlərinə görə, görüşlər müsbət atmosferdə keçib və tərəflər öz mövqelərini açıq şəkildə ifadə ediblər. Araqçi qeyd edib ki, səkkiz ay davam edən gərginlikdən sonra danışıqlar nəhayət real mərhələyə keçib.
Beləliklə, ekspertlərin fikrincə, hazırkı danışıqlar mərhələsi hələlik tərəflərin real kompromisə hazır olub-olmadığını göstərmir. Tehran vaxt qazanmağa, Vaşinqton isə alternativ ssenariləri yoxlamağa çalışır. Yaxın aylarda isə bu prosesin ya siyasi razılaşmaya, ya da daha ciddi qarşıdurmaya gətirib çıxaracağı ehtimal olunur.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 06 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib.   AZƏRTAC-

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İs

Prezident 'Rebuild Karabakh' sərgisinin iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. xəbər verir ki, dövlət başçısının müraciət

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO

Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 13-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib. xəbər verir ki, bu barəd

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

15 oktyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, görüş zamanı, Azərbaycan-Türkiy

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır. KONKRET. -a istinadla xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Real TV-yə müsahibəsində bildirib. "Bu yaxınlard

İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı müraciətində qey

Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA

"Ermənistanın keçmiş rəhbərliyi hərbi cinayətlərdə və terror hadisələrində iştirakına görə daha ciddi məsuliyyət daşıyır, lakin beynəlxalq ictimaiyyət bu məsələdə susqunluq nümayiş etdirir". Bu sözləri politolo

İlham Əliyev Hakan Fidanı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləs


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu maraqlı xəbərlər valyuta məzənnələri xeberlər