AccessBank 100 ən çox vergi ödəyən şirkətlər sırasında
Sizin yerli Avropa bankınız AccessBank Azərbaycanın 100 ən çox vergi ödəyən şirkəti sırasına daxil olduğunu elan edir. Bu nüfuzlu siyahıya () daxil olmaq, bankın vergi öhdəliklərini tam şəkildə yerinə yetirdiyini və ölkə iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfəni bir daha təsdiqləyir.
Bu uğur yalnız AccessBank-ın maliyyə sabitliyini deyil, həm də vergi öhdəliklərinə olan məsuliyyətli yanaşmasını əks etdirir ki, bu da ölkə iqtisadiyyatında mühüm rol oynayan maliyyə sektorunun ayrılmaz biz hissəsidir.
100 ən çox vergi ödəyən şirkətlər siyahısının dərc edilməsi, vergi sahəsində şəffaflığın təmin olunduğunu göstərir. Vergi ödəyiciləri sırasına daxil olmaq təkcə hüquqi tələblərə uyğunluğu deyil, həm də ölkə iqtisadiyyatına qarşı sosial məsuliyyətin göstəricisidir. Bu cür siyahılar digər şirkətləri və maliyyə qurumlarını da vergi öhdəliklərini düzgün yerinə yetirməyə və vergiləri vaxtında ödəməyə təşviq edir, bununla da vergi sisteminin güclənməsinə və şəffaflığın artırılmasına töhfə verir.
AccessBank gələcəkdə də fəaliyyətini şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq davam etdirəcək, növbəti dövrlərdə də müştərilərə keyfiyyətli xidmətlərin göstərilməsi, iş yerlərinin yaradılması, dayanıqlı inkişafın dəstəklənməsi və iqtisadiyyatın artımına tövhə – bankın fəaliyyətinin əsas prioritetlərindəndir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır